Xəbərlər ::

SOSİAL :: Naxçıvanın tarixi ile bağlı mühüm tapıntı

18-10-2016 16:36

Naxçıvan şeherinin tarixi ile bağlı mühüm tapıntı olub.

 

Lent.az naxcivanxeberleri.com-a istinaden xeber verir ki, AMEA Naxçıvan Bölmesinin Tarix, Etnoqrafiya ve Arxeologiya İnstitutunun Qedim dövr arxeologiyası şöbesinin müdiri, AMEA-nın müxbir üzvü Veli Baxşeliyev bildirib ki, Naxçıvan şeherinin meskunlaşma tarixi ile bağlı tarixçiler ve tarixseverler arasında müxtelif fikirler var idi. Bezi tedqiqatçılarımız Naxçıvan şeherinin 3500, bezileri ise 5000 il yaşı olduğunu söyleyib. Oktyabr 15-de Naxçıvan şeheri erazisinde apardığımız araşdırmalar şeherin erazisindeki meskunlaşma tarixini daha da qedimleşdirmeye imkan verir. Şeherin erazisinde, Serhed qoşunları şeherciyinin yaxınlığında, Naxçıvan çayının sağ sahilinde yeni aşkar olunan yaşayış yeri Erken Eneolit dövrü ile tarixlendirile biler. Bezi keramika nümuneleri ve emek aletleri Neolit dövrünün de varlığından xeber verir. Yeni yaşayış yeri e.e.VI-V minilliklerle tarixlendirile biler. Belelile, gelecek araşdırmalar neticesinde Naxçıvan şeheri erazisinde meskunlaşma tarixini 8-9 min il bundan evvele aid etmek olar.


Oxunub 133 defe