Xəbərlər ::

DÜNYA :: MERS daha bir neferi öldürdü

19-08-2015 03:58

Seudiyye Erebistanında daha bir nefer Yaxın Şerq koronovirusunun (MERS-CoV) qurbanı olub.

 

APA-nın RİA Novosti agentliyine istinaden verdiyi xeberine göre, bu barede ölkenin Sehiyye nazirliyi bildirib.

 

Dünyasını deyişen Er-Riyad sakini, 71 yaşlı kişidir.  Bundan elave paytaxtda ölümcül virusa yeni yoluxan 9 nefer qeyde alınıb. Sehiyye nazirliyinin melumatına esasen, 2012-ci ilden etibaren Seudiyye Erebistanında 1115 nefer MERS koronovirusuna yoluxub, onlardan 480-i dünyasını deyişib.

 

2012-ci ilde Seudiyye Erebistanında emele gelen koronovirus Fars Körfezi ölkeleri, Cenubi Koreya, Tailandda ve bir sıra diger ölkelere de yayılıb.

 

Zeiflemiş immun sistemi, xroniki ağciyer xestelikleri, şekerli diabet ve böyrek çatışmazlığı olan insanlar arasında xesteliye tutulma riski daha çoxdur.

 

Qeyd edek ki, bir çox hekimlerin Ebola virusundan da tehlükeli hesab etdiyi MERS koronovirusuna qarşı vaksin yoxdur.


Oxunub 255 defe