Новости ::

HADİSƏ :: General Emin Şekinskinin qaynı İnterpola verildi

19-08-2015 10:35

 

 

General Emin Şekinskinin qaynı İnterpol xetti ile beynelxalq axtarışa verilib.

 

APA-nın melumatına göre, bu barede İnterpolun saytında melumat yerleşdirilib. Melumatda qeyd olunur ki, 37 yaşlı Ferid Yusub oğurluq, resmi senedlerin saxtalaşdırılması ve Azerbaycan serhedini qanunsuz keçmekde teqsirlendirilir.

 

Ferid Yusub ölkede olmadığı üçün onun baresinde mehkemenin qerarı ile hebs qerarı çıxarılıb ve dövletlerarası axtarış elan olunub. Azerbaycan hüquq-mühafize orqanları onun yerinin müeyyenleşdirilmesi ve saxlanılması üçün İnterpola müraciet edib. Hazırda onun tutulması istiqametinde tedbirler davam etdirilir.

 

Qeyd edek ki, Ferid Yusub Daxili İşler Nazirliyinin Baş Cinayet Axtarış İdaresinin reisi Emin Şekinskinin qaynıdır.

 

Xatırladaq ki, avqustun 18-de Bakı Ağır Cinayetler Mehkemesinde Gülnare Şekinskayanın ve övladlarının serhedi qanunsuz keçmelerine kömeklik göstermekde, saxta senedler düzeltmekde ve diger cinayetlerde teqsirlendirilen şexslerin cinayet işi üzre mehkeme prosesi yekunlaşıb. Ferid Yusub da daxil olmaqla bir qrup şexs E. Şekinskinin ailesini ölkeden qaçırmaqda teqsirlendirilir. Hemin şexsler Gülnare Şekinskayanın, elece de onun övladları - Hemide, Meryem, Nadiya ve Cevahir Şekinskilerin dövlet serhedini qanunsuz keçmelerine yardım edibler ve bu meqsedle cinayet elaqesine giribler. Bu meqsedle G. Şekinskaya keçmiş heyat yoldaşı Emin Şekinskinin evindeki demir seyfden 60 min manatı oğurlayıb.

 

Cinayet işi üzre teqsirlendirilen şexsler - Gülnare Şekinskaya, onun qardaşı Ferid Yusub ve Azerbaycan Miqrasiya Merkezinin Elövset Eliyev istintaqdan gizlendiklerine göre barelerinde axtarış elan olunub.


Просмотров 393 раз