Xəbərlər ::

HADİSƏ :: Ermenistan Rusiyanın mövqeyini nezere almaqdan imtina edir

19-08-2015 12:14

 

Ovik Abramyan: “Bizim de öz maraqlarımız var”

 

“Ola biler ki, İran-Ermenistan demir yolu xettinin inşası qonşularımızın maraqlarına cavab vermesin, lakin biz onu inşa etmeliyik”.

 

APA-nın “news.am”a istinaden verdiyi xebere göre, bunu Ermenistanın baş naziri Ovik Abramyan demir yolu xettinin inşasının perspektivleri ve Rusiyanın bununla bağlı mövqeyi ile elaqedar sualı cavablandırarken deyib. O bildirib ki, Ermenistan ve Rusiya strateji müttefiq ve Avrasiya İqtisadi İttifaqının üzvleridir: “Lakin bizim de öz maraqlarımız, xalqımızın, vetenimizin maraqları var. Bu meseleni onlarla terefdaş kimi müzakire etmeye hazıram”.

 

O. Abramyan ölkesinin geleceyi üçün İran-Ermenistan demir yolu xettinin çox vacib strateji ehemiyyete malik olduğunu vurğulayıb: “Kiminse incimesinden ve ya kiminse maraqlarına uyğun olub-olmamasından asılı olmayaraq, biz bunu edeceyik. Fakt odur ki, demir yolu tikintisinin uğurla bitmesi iqtisadiyyatımızın güclenmesine ve biznesin inkişafına tekan verecek”.

 


Oxunub 257 defe