Xəbərlər ::

HADİSƏ :: Pakistanın mehşur jurnalı ermeni işğalı ile bağlı meqale derc edib

19-08-2015 17:45

Pakistanın nüfuzlu - National Herald Tribunda jurnalist Raca  Cavid Ali Bhattinin, “Ermeni silahlı  qüvveleri terefinden  Azerbaycanın Füzuli ve Cebrayıl rayonlarının işğalının 22-ci il dönümü” adlı meqalesi derc edilib. Azerbaycanın Pakistandakı sefirliyinden Payiz.Az-a verilen melumata göre, Meqalede qeyd edilir ki, 1993-cü ilin avqust ayında işğal edilmiş Azerbaycanın qedim yaşayış meskenleri olan Füzuli rayonunda işğaldan evvel 1 şeher, 1 şeher tipli qesebe   ve 75 kend var idi. Rayonun ümumi erazisi  1386 km2 ehalisi ise 105 min neferden artıq idi . Rayonun  işğaldan azad  edilmiş erazilerinde hal hazırda 13 qesebe ve 20 kend vardır. Bu qesebelerden 12-si işğaldan azad edilmiş erazilerde, mecburi köçkün aileleri üçün yeni salınmışdır. Hazırda erazide  51 minden çox mecburi köçkün meskunlaşıb.

 

Meqalede o, cümleden Cebrayıl rayonu haqqında da, melumat verilerek bu rayonun ümumi erazisinin 1049 km2 ehalisinin ise, 54 min neferden çox olduğu bildirilib. Lakin, ermeni işğalı  neticesinde onlar Azerbaycanın 58 rayonunun 2000- den çox yaşayış menteqesinde mecburi köçkün kimi meskunlaşıblar.

 

Ermeni işğalı neticesinde Fizuli ve Cebrayıl rayonlarının bütün infrastrukturu dağıdılmış yüzlerle yaşayış menteqesi, şeherler ve kendler yer üzerinden silinib. 10 minlerle insan öz torpaqları uğrunda mübarize aparıb, minlerle insan şehid olmuş ve yaralanıb. R.C.Ali Bhatti öz meqalesinde Füzuli ve Cebrayıl rayonlarından bir neçe milli qehremanın olmasını bildirib.

 

Yazar ermeniler terefinden dağlıq erazide yerleşen ve tebii servetlere malik Füzuli ve Cebrayıl rayonlarının talan edilmesi, meşe erazilerinin kesildiyi ve yaxud yandırıldığı, tarixi yerlerin, mescidlerin, abidelerin, tikililerin dağıdıldığı, yaşayış meskenlerinin xarabalıqlara çevrildiyini, kend teserrüfatına yararlı bütün torpaqların mehv edildiyi   barede melumat verib.

 

Müellif öz meqalesinde qeyd edib ki, işğal edilmiş her iki rayon zengin  yer altı ve yer üstü tebii ehtiyatlara malik olublar. Lakin, hemin ehtiyatlar bu gün ermeni barbarlar terefinden vehşicesine talan edilerek Ermenistana daşınır.

 

Raca Cavid Ali Bhatti daha sonra qeyd edib ki, hal-hazırda Azerbaycanla Ermenistan arasında  ateşkes elan edilmesine baxmayaraq bu erazilerde yene de gülle sesleri eşidilmekdedir. Ermeni silahlı qüvveleri mütemadi olaraq ateşkes rejimini pozaraq burada meskunlaşmış dinc ehalini daim qorxu içinde saxlamaqda davam  edir.

 


Oxunub 403 defe