Xəbərlər ::

SOSİAL :: MTRŞ resmisi: "Televiziyalarda tesadüfi insanlar var"

28-10-2016 11:46

 

"Teleradio işçileri içerisinde tesadüfi insanların olması teessüf doğurur"

 

"Elbette, dövlet büdcesinden maliyyeleşen "Azerbaycan televiziyası"nın, "İctimai televiziya"nın, "İdman Azerbaycan", "Medeniyyet" ve "CBC sport" kanallarının, habele "Azerbaycan radiosu" ve "İctimai Radio"nun bu qebilden olan maliyye sıxıntıları yoxdur". APA-nın melumatına göre, bu barede Milli Televiziya ve Radio Şurası (MTRŞ) sedrinin müavini Qafar Cebiyevin "Xalq" qezetinde derc olunan meqalesinde deyilir.

 

Q. Cebiyev bildirib ki, bu menada tamaşaçı auditoriyasının hemin yayımçılardan daha çox maariflendirici proqramlar umması tamamile normal bir istekdir: "Edalet namine deyek ki, "Azerbaycan televiziyası", "Medeniyyet" kanallarının ve "İctimai televiziya"nın bir sıra verilişleri bu cehetden tamaşaçıları qane etmeye bilmez. Söhbet mövzusu, auditoriyası, kontingenti ve teqdimatı ile ferqlenen intellektual verilişlerden gedir ki, men onlardan biri, İTV-de yayımlanan “Media ve Zaman” verilişi üzerinde ayrıca dayanmaq isterdim. Peşekar qelem ustası, alim-jurnalist Xalid Niyazovun müellif ve aparıcısı olduğu bu veriliş televiziyalar qarşısında dağ kimi dikelen ciddi ve aktual bir problemin-seviyye ve auditoriya arasındakı tenasüb probleminin helli istiqametinde atılan uğurlu addımlardan biridir. Hemin verilişi oxşar proqramlardan ferqlendiren cehet hansılardır? Evvela, mövzu! Yeni zaman müstevisinde medianın toxunduğu, hallandırdığı en aktual, ağırçekili mövzular mehz bu proqramda müzakire predmetine çevrilir. Celbedici  telepublisistika, mövzuya beledlik, elmi-intellektual seviyye, geniş dünyagörüşü, peşekar mükalime, zahiri-atributiv elementlerin harmoniyası bu verilişin timsalında televiziyanın “elitarlıq, yoxsa kütlevilik” mübahisesinde vurğunu birincinin üzerine qoyur. Burada aparılan müzakirelerin hem intellektual, hem de peşekarlıq baxımından üstün seviyyesini teyin ve temin eden ikinci vacib amil devet olunan ekspertlerin kimliyidir. Televiziyaçılıqda bu meqam, hem de konkret telemehsulun müveffeqiyyetini şertlendiren sebebler sırasındadır. Tamaşaçı her defe bu proqramda ölkenin sayılıb-seçilen ziyalı, alim, ictimai xadim ve media funksionerleri ile "hemsöhbet" ola bilir. Xatırladaq ki, efire devet olunan ekspertlerin terkibi ve seviyyesi ile bağlı da çox ciddi, özü de haqlı narazılıqlar var. Ayrı-ayrı kanalların daha çox müğenni ve artistlerden ibaret az qala daimileşmiş ekspertlerini her gün efirde görmek, onların ekspert qisminde peşelerine, senetlerine ve yaşlarına esla uyğun olmayan problemlerle bağlı meslehet, tövsiye ve iradlarını eşitmek, elbette, tamaşaçıya xoş ola bilmez. Meger Azerbaycanda intellekt qıtlığı var?! Ekspert kimi bilavasite müzakireye çıxarılmış mövzularla bağlı nüfuzlu, keçerli fikir söyleyesi insanlar yoxdur?! Heç kese sirr deyil ki, bu ve ya diger verilişin ne derecede uğurlu, ehemiyyetli ve baxımlı olacağı birbaşa müellif ve aparıcının özünün şexsiyyetinden, onun intellektual seviyyesinden çox asılıdır. Teessüf hissi ile onu da bildirmeliyem ki, bu gün telekanallarımızda peşekar kadrların açıq-aşkar qıtlığı hiss olunur. Tekce aparıcılar deyil, ümumilikde diger sahelerde de peşekar televiziya kadrlarının çatışmaması hazırkı dövrde televiziyalarımızın, lap ele radiolarımızın da bir nömreli problemine çevrilib. Teleradio işçileri içerisinde tesadüfi insanların olması teessüf doğurur. Beli, ne qeder teeccüblü olsa da, efir imkanlarından sui-istifade eden, kamera ve mikrofonları işe salaraq "ağa nezerem, bele gezerem" düşüncesi ile davranan, vezife borcunu unudaraq açıq-aşkar deleduzluqla meşğul olan teleradio işçileri de var. Tebiidir ki, bu cür üzdeniraq emel sahibleri teleradio ailesinin özü terefinden tez bir zamanda çıxdaş olunmalıdır ve olunurlar da".

 


Oxunub 148 defe