Xəbərlər ::

DÜNYA :: Yunanıstana 86 mlrd avroluq yardım proqramı tesdiqlendi

20-08-2015 05:12

Avropa Sabitleşdirilme Mexanizminin (ESM) Direktorlar Şurası  Yunanıstana 86 mlrd avro mebleğinde yardım proqramını tesdiqleyib. APA-nın “RBK”ya istinaden verdiyi xebere göre, bu barede Yunanıstanın NEWSIT neşri melumat yayıb.

 

Melumata göre, birinci tranşın hecmi 26 mlrd avro teşkil edecek, bu mebleğden 10 mlrd avro Yunanıstan banklarının rekapitallaşdırılmasına  ve konsolidasiyasına yöneldilecek.

 

Qeyd edek ki, bundan evvel Almaniya parlamenti Yunanıstana 86 mlrd avro mebleğinde yardımım  ayrılmasını destekleyib.

 

Qeyd olunan proqram daha evvel avqustun 14-de Avrozona ölkelerinin maliyye nazirleri terefinden desteklenib. Yardımın üçüncü paketi 3 il müddetine nezerde tutulub. Bu müddet erzinde Yunanıstan teleb olunan islahatları  heyata keçirmelidir.  


Oxunub 331 defe