Xəbərlər ::

SOSİAL :: (R) "Azercell"den teqaüd al, geleceyini qur

02-11-2016 11:28

 

Azercell Telekom MMC-nin nin emekdaşları 2008-ci ilden etibaren start verilen Telebe Teqaüd proqramı çerçivesinde ölkemizin ali mekteblerinde tehsil alan telebelerle bir sıra görüşler keçiribler. Şirket emekdaşları oktyabr ayı erzinde Naxçıvan Dövlet Universiteti, Azerbaycan Dövlet Aqrar Universiteti, Gence Dövlet Universiteti, Azerbaycan Texnologiya Universiteti, Mingeçevir Politexnik İnstitutu, Bakı Ali Neft Mektebi, Azerbaycan Texniki Universiteti, Moskva Dövlet Universitetinin Bakı filialında telebelerle görüşerek, onları Telebe Teqaüd proqramı haqqında melumatlandırıblar. Telebelerin diqqetine çatdırılıb ki, sentyabrın 30-dan  etibaren 2016-2017 tedris ili üçün start verilen növbeti Teqaüd Proqramına öz sahesinde peşekar olmaq, gelecek karyerası üçün temel yaratmaq isteyen gencler müraciet ede bilerler. Telebe Proqramının esas meqsedi yüksek akademik neticelere nail olan ali mekteb telebelerine xüsusi diqqet ve destek göstermek, güclü potensiala malik telebelere tehsil aldıqları ixtisas üzre mütexessis kimi yetişmekde kömek etmekdir. 

 

Proqrama qebul edilen istedadlı telebeler cari tehsil müddetinin sonuna qeder Azercell şirketi terefinden müeyyenleşdirilmiş teqaüd alırlar. Bununla yanaşı, bu telebelerin karyera baxımından inkişafı üçün şerait yaradılır. Bele ki, onlar telekommunikasiya sahesi haqqında biliklerini artırmaq, şirketin korporativ tedbirlerinde ve sosial fealiyyetinde iştirak etmek, müxtelif telimlere qatılmaq ve şirketde tecrübe keçmek imkanını elde edirler.

 

Qeyd edek ki, “Azercell” şirketi Telebe Teqaüd Proqramını 2008-ci ilden etibaren her tedris ilinde teqdim edir. Bu vaxtadek Azerbaycanın müxtelif universitetlerinde tehsil alan 120-den çox telebe “Azercell” şirketinin teqaüdçüsü adına layiq görülüb. Onlar “Azercell”den teqaüd almaqla yanaşı, hem de şirketin mütexessislerinin yardımı ile gelecek karyeraları üçün evezedilmez tecrübe qazanıblar. Bununla da “Azercell Telekom” MMC korporativ sosial mesuliyyetli fealiyyetini güclendirir ve cemiyyetimize daha artıq töhfe verir.

 

Daha etraflı melumat üçün news@mcs.az ünvanına müraciet ede bilersiniz.