Xəbərlər ::

SOSİAL :: Kardioloq Rafiq Yusifli: “Yayda içdiyiniz suya duz qatın”

20-08-2015 17:56

“Denizden çıxarken deride qalan her damla su güneş şüaları üçün linzadır, bu deride ağır yanıqlar yaradır. Güneşin başa tesiri beyin ödemine ve qefil ölüme sebeb ola biler. Hetta kölgede ve isti otaqda da istivurma ola biler”.

 

Bu fikirleri APA TV-de efire geden “Sosium” proqramının qonağı, Elmi Tedqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmleri namizedi, kardioloq Rafiq Yusifli deyib.

 

İsti ve soyuğun insanın maddeler mübadilesine ciddi tesir etdiyini deyen kardioloq yaşlılarda ve uşaqlarda temperatur deyişikliyine uyğunlaşmanın leng getdiyini bildirib: “Xüsusile ağciyer ve ürek-damar xesteliklerinden eziyyet çekenlerde isti havada ürek döyünmesinin artması, arterial tezyiqin yükselmesi müşahide olunur. Bedenin temperaturu ter vasitesile xaric olunur. Lakin istide ter ifrazatı heddinden çox olduğunda bedendeki duzlar da artıq ifraz olunur ve su-duz mübadilesi pozulur. Natrium ve kalium duzlarının hedden artıq xaric olunması ürek ritmine de tesir edir. Bu ise ciddi ağırlaşmalara ve hetta qefleti ölümlere de sebeb ola biler” .

 

Rafiq Yusifli bu il istivurma ve günvurma şikayeti ile tecili yardıma müracietlerin de artdığını deyib: “İstivurma halları hetta kölgede, heddinden artıq isti otaq şeraitinde, ventilyasiya sistemi normal olmayan metroda, avtomobilde de baş vere biler. Günvurma ise günün birbaşa tesiri neticesinde baş verir. Bu daha çox açıq havada uzun müddet güneşin tesirine meruz qalan, xüsusile de geyimi havaya uyğun olmayan, başıaçıq tikintide, tarlada işleyenler üçün tehlükelidir. Hem günvurmanın, hem de istivurmanın elametleri susuzluq hissi, ürekdöyünme, başgicellenme, hetta huşun itmesi ola biler. En tehlükelisi ise, güneş şüalarının başa tesiri ile beyin damarları genişlenerek beyin ödeminin baş vermesidir. Bu zaman ürekbulanma ve qusma ile yanaşı koma da müşahide olunur”.

 

Qonaq istivurma zamanı yardım qaydalarını da izah edib: “İstivurma zamanı hemin adamı bir qeder serin yere çıxarmaq, buzlu su ile dolu qabları onun qoltuq altına ve büküşlerine qoymaq, bedenine serin su vurmaq, eger mümkündürse, ona bol serin su içirmek, sıxan paltarı açmaq, el-ayağını soyuq suya salmaq lazımdır”.

 

Hekim istiye geyimin de tesir etdiyini tesdiqleyib: “Yayda açıq rengli, geniş biçimli ve tebii materialdan – pambıq ve ketandan paltar geymek lazımdır. Süni ve sintetik parçalar bedenin istiliyinin xaric olunmasına imkan vermir. En esası ise, hem uşaqlar, hem böyükler hökmen baş örtüklerinden istifade etmelidirler”.

 

Qonaq yayda maye qebulunun vacibliyini xüsusi vurğulayıb: “Ümumiyyetle, mövsümden asılı olmayaraq, gün erzinde en azı 1-1,5 litr saf su içmek lazımdır. Qazlı sulardan istifade etmek olmaz, bu sular hem mede-bağırsaq, hem de ürek-damar sistemine ciddi tesir edir. Ürek-damar xesteliyi olanlar xüsusile mineral suların istifadesini mehdudlaşdırmalıdırlar, çünki bu sular ürekde dövr eden qanın miqdarının artmasına, tengnefesliye, ayarlarda şişkinliye sebeb ola biler. Yaxşı olardı ki, insanlar yayda içdikleri suya az miqdarda duz qatsınlar. Terle birlikde natrium ve kalium duzları da xaric olunur, ona göre de adi su içerken hem susuzluq keçmir, hem de bir müddet sonra bedende halsızlıq yaranır. Az miqdarda duz qatılmış ayran içmek de faydalıdır”.

 

Rafiq Yusifli uşaqların güneşden qorunmasının xüsusile vacib olduğunu deyib: “İstiye en dözümsüz olanlar uşaqlardır.  Uşaqlarda etraf iqlime uyğunlaşma mexanizmi yaxşı inkişaf etmir. Bezen analar soyuqdeymeden ehtiyat ederek uşaqları qalın geyindirir, beleyirler. Uşaqların derisi hessas olur, 1-2 yaşına qeder kelle sümükleri  birleşmir ve buna göre de gün şüaları birbaşa beyine tesir edir”.

 

Kardioloq çoxlarının kondisionerden düzgün istifade etmediyini bildirib: “Çöldeki temperaturla kondisionerli otaqdakı temperatur arasında ferq çox olmamalıdır. Xüsusile de yataq otağında temperatur 20-23 dereceden aşağı olmamalıdır. Eyni zamanda kondisionerlerin filtrlerinin vaxtaşırı temizlenmesi lazımdır. Eks halda, oradakı maye ve istilik mühiti müxtelif bakteriyaların, allergiyaya sebeb olan amillerin yaranmasına sebeb olur. Buna göre de yayda infeksiyalar, soyuqdeyme, adenovirus infeksiyaları heç de qışdakından az yayılmır. Maşında daim aşağı temperaturda kondisionerde istifade edenler arasında ürek nahiyesinde ağrı şikayeti ile bize müraciet eden çox olur. Bunun sebebi ise ürek ezelesi ve üreyi örten perikardda soyuğun tesiri ile iltihabi xesteliklerin yaranmasıdır. Bütün günü fasilesiz olaraq kondisionerin altında olmaq da insanlarda narahatlığa sebeb olur”.

 

Ehalinin denize gederken güneşden nece qorunmalı olması ile bağlı meslehetlerini veren mütexessis ultrabenövşeyi şüaların suyun 1 metr derinliyine qeder tesir etdiyini deyib: “Seher tezden axşama qedere denizde olmaq, gündüz saatlarında suya girmek tehlükelidir. Denizden çıxdıqdan sonra yaxşı qurulanmaq lazımdır. Deride qalan her damcı linza kimi tesir edir ve toxumalarda ciddi yanmalara sebeb olur”.

 

Hekim-kardioloq hem de güneş şüalarının insan üçün faydalı olmasından danışıb ve düzgün güneş vannası qebul etmek qaydaları barede meslehetler verib: “Ele ölkeler var ki, ilin 10-11 ayını güneş görmür. Güneş şüaları olmasa, orqanizmde D vitamini sintez olunmur. Bu ise uşaqlarda raxitliye, sümüklerde kalsium çatışmazlığına sebeb olur. Güneş şüalarının orqanizm üçün en faydalı olduğu dövr günün birinci yarısı, seher tezden saat 10-11 qeder ve axşam saat 18-19-dan sonrakı müddetdir”.

 

Rafiq Yusifli güneş kremleri bağlı da mübahiseli fikirlere münasibet bildirib: “Hal-hazırda satışda orqanizme ziyanlı olan kifayet qeder saxta mehsul var. Güneş kremlerinin insan orqanizmi üçün faydalı olması alimlerin uzunmüddetli araşdırmaları ile sübuta yetirilib. Müşahideler gösterir ki, güneşde çox qaralan adamlarda deri xerçengine, müxtelif allergik xesteliklere çox rast gelinir. Güneş kremi alarken keyfiyyetli ve tanınmış markalara üstünlük vermek lazımdır. Teessüf ki, Bakıda satılan kremlerin cemi 5-10 faizinin sertifikatı ola biler”. 


Oxunub 2356 defe