Xəbərlər ::

SOSİAL :: Sefeh bir sözü ağlına getirib söylemeyen adam müdrikdir

08-11-2016 12:32

Sevda Sultanova:
 
 
Bizim tesevvürümzde müdriklik daha çox yaşla bağlıdır. “Filankes müdrik adamdır” deyende, ister-istemez gözlerimiz önünde onun fiziki portreti yaranır: yaşlı, saç  - saqqalı ağarmış, milli menevi deyerlerden danışan, hamıya meslehet veren adam.
 
Ümumilikde insanı bir neçe tipe ayırmaq olar, adi, meişet qayğıları ile yaşayan, metafizik, ekzistensial problemleri düşünmeyenler, heyatın menasını axtaranlar, axtarışda olanlar ve heyatı tamlıqla derk eden, onu sakit, temkinle, deyerlendiren ve baş veren her şeye hazır olan adamlar. Sonuncular müdriklerdir.
 
Müdrikliyi intellektle elaqelendirmek doğru deyil. Bilikli, amma müdriklikle bağlılığı olmayan adamlar var. Bu menada müdriklik hem de xarakter meselesidir. Ve özünde çox mühüm cehetleri birleşdirir, heyat tecrübesi, ondan doğru istifade, sebir, temkin, qerezli olmamaq ve s”.
 
 
 
Cavid Zeynallı:
 
Müdriklik tecrübe ve biliye esaslanan xüsusiyyetdir. Müdrik deyende daha çox yaşlı insanlar göz önüne gelir. Amma müdriklik haqqında bezen istehzalı münasibete de rast gelirik. Meselen, deyirler ki, müdrik olmaq çox asandır. Sefeh bir sözü ağlına getir ve onu deme. Vessalam.
 
Amerikalı fotorqraf ve yazıçı Endrü Zikerman bütün dünya üzre müdrik sayılan şexslerle söhbetler edib. Onda soruşublar ki, siz neye göre mehz yaşı 70–den çox olanları danışdırmısınız? O cavab verib: “Menim söhbet etdiyim bu şexslerden bir çoxu özlerini müdrik saymadıqlarını dediler ve evvelce layihede iştirakdan imtina etdiler. Ele bu da, mence, onların müdrikliyinin göstericisi sayıla biler".
 Meşhur söz var. Deyir, "müdrikin pis hadiselerden aldığı ders, adi insanın yaxşı hadiselerden aldığı dersden çoxdur".
 
Müdrikliyin sinonimi ağıllı ve bilikli insandır.
Müdrik hadiselere mümkün qeder terefsiz bir şekilde yaxınlaşar. Müdriklik hem de fayda vermekdir.
Müdrikliye yönelmiş bir adam her düşünce ve herekete yaxşı terefinden baxar.
Müdriklik hem de tevazökarlıqdır. Deyir, ancaq müdrikler ve ağılsızlar deyişmirler.
Deli etiraz bildirir ki, insanlar onu tanımır, müdrik şikayet edir ki, insanları tanımır.
 
 
Sebine Bayramova:
 
Her bir insanın daxilinde müdriklik qabiliyyeti var, lakin bu şüur seviyyesine çatdıqdan, derk olunduqdan sonra ortaya çıxa biler. Ümumiyyetle, müdriklik şüurun yükselmesi, inkişaf etmesi ile bağlıdır. İnkişaf etmiş şüurla yanaşı sevginin alınıb-verile bilmesi de mehz müdrikliyin başlanğıcına bir işaredir. Çünki daxili sevgi ile dolu olan insanlarda anlayış hissi de qüvvetli olur, bununla yanaşı potensial güclerin oyanması ve ferdi inkişafın süretlenmesi de müdrikliyin yaranmasına zemin yaradır. Müdrik bir insanı her zaman yetişdirmek mümkün olmasa da, valideynler en azından müdrikliyin seciyyevi xüsusiyyetlerini uşaqlarına aşılaya bilerler. Bununla da gelecek inkişafında bu xüsusiyyetler uşağın şüur seviyyesine çatdıqda cemiyyetin müdrik bir şexsi kimi formalaşmış olar ve gelecek nesle de öz töhfesini verer.
 
 
 
İlqar Resul:
 
Müdriklik çox bilmek deyil. Müdriklik lazımlı şeyleri bilmek, onları yerinde ve zamanında işletmedir. Müdrik adamlar insanın müsbet keyfiyyetlerinin ekseriyyetini özünde cemleşdirmiş adamlar da sayıla biler. Bir şertle ki, onlar etrafa fayda vere bilsinler. Onlara müraciet edenleri sebirle dinlesinler, yol göstersinler. Mence müdrikler hem de hamının dilinde danışa bilen adamlardı.


Oxunub 71 defe