Xəbərlər ::

HADİSƏ :: Şehid esgerin medalı anasına teqdim edilib

21-08-2015 17:42

Düşmenin hemlesini def ederken qehremancasına şehid olan esger Ferid Ağayevin teltif edildiyi “Herbi xidmetde ferqlenmeye göre” 3-cü dereceli medal onun ailesine teqdim olunub.

 

APA-nın yerli bürosunun xeberine göre, bu münasibetle avqustun 21-de Mingeçevir şeherinde merasim keçirilib. Tedbirde Müdafie Nazirliyinin, Seferberlik ve Herbi Xidmete Çağırış üzre Dövlet Xidmetinin Mingeçevir şeher şöbesinin, şehidin xidmet etdiyi “N” saylı herbi hissenin, şeher icra hakimiyyetinin emekdaşları, ictimaiyyet nümayendeleri iştirak edib. 

 

Merasimde Müdafie Nazirliyinin Menevi-Psixoloji Hazırlıq ve İctimaiyyetle Elaqeler İdaresi reisinin müavini, polkovnik Abdulla Qurbani çıxış edib. O bildirib ki, 2014-cü ilin iyulunda Mingeçevir şeherinden herbi xidmete çağırılan 1994-cü il tevellüdlü Ferid Ağayev 2015-ci il fevralın 5-de Ağdam istiqametinde geden döyüşler zamanı düşmen hemlesini def ederken qehremancasına şehid olub. Müdafie naziri, general-polkovnik Zakir Hesenovun müvafiq emri ile şehid Ferid Ağayev ölümünden sonra “Herbi xidmetde ferqlenmeye göre” 3-cü dereceli medalı ile teltif edilib.
    

Çıxışlardan sonra polkovnik Abdulla Qurbani medalı şehidin anası Gülmire Ağayevaya teqdim edib. 


Oxunub 579 defe