Xəbərlər ::

İQTİSADİYYAT :: "Şahdeniz-2" layihesi üzre işlerin 83%-i tamamlanıb

18-11-2016 13:58

016-cı ilin ilk üç rübü erzinde “Şahdeniz Merhele 2” layihesinin tikinti işleri uğurla davam edib.

 

“BP Azerbaijan” şirketinden “APA-Economics”e verilen melumata göre, hazırda layihe üzre işler - mühendis işleri, techizat ve tikinti işleri de daxil olmaqla, ümumilikde 83%-den çox tamamlanıb ve bu layiheden ilk qazın 2018-ci ilde elde edilmesi planına uyğundur. 

 

“Ölkedeki bütün tikinti-quraşdırma ve istehsalat sahelerinde - hem denizde, hem de quruda, o cümleden Sengeçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahesi, Bakı Derin Özüller Zavodu ve boru kemeri marşrutu boyunca irimiqyaslı işler davam edir. Sentyabr ayında layihe mühüm bir hadiseni qeyd edib – “Şahdeniz Merhele 2” üçün tikilen iki platformadan birinin dayaq bloku Bakı Derin Özüller Zavodundan denizde quraşdırılmaq üçün yola salınıb. Dayaq blokunun resmi yola salma merasiminde Azerbaycan Prezidenti İlham Eliyev iştirak edib. Hasilat ve Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilmesi ve yerleşdirilmesi işleri artıq tehlükesiz şekilde başa çatdırılmışdır, payaların üzerine quraşdırılması işleri ise davam edir”, - deye melumatda vurğulanıb.

 

Melumata esasen, "İsrafil Hüseynov boru düzen gemisi “Şahdeniz”in şimal ve qerb cinahlarındakı dörd sualtı axın xettinin hamısının inşasını başa çatdırıb ve hazırda qalan 32 düymlük qaz ixrac xetlerinin inşasını heyata keçirir. Şirketden bildirilib ki, bu işler 2017-ci ilin birinci rübünedek davam edecek: ““Xankendi” sualtı tikinti gemisinin istismara verilmesi üçün hazırlıq işleri yaxşı irelileyir. Sentyabr ayında geminin esas müherrikleri işe salınıb. Bu yeni gemi tam hazır olduqda  “Şahdeniz 2” sahesine aparılaraq sualtı qurğuların tikintisini icra edecek”.

 

2016-cı ilin üçüncü rübünde Azerbaycanda 24 000-den çox insan bütün esas müqavileler üzre tikinti işlerine celb olunub ki, onların da 80%-den çoxu Azerbaycan vetendaşları olub.


Oxunub 61 defe