Xəbərlər ::

DÜNYA :: Almaniyada yanan qaçqın düşergesinden azerbaycanlılarla bağlı açıqlama

21-08-2015 23:10

Azerbaycanın Almaniyadakı sefirliyi Almaniyanın Bavariya eyaletinin Noyştad-Valdnab şeherinde baş vermiş yanğın hadisesini diqqetde saxlayır. APA-nın melumatına göre, bu barede Azerbaycanın Almaniyadakı sefirliyinden daxil olmuş melumatda bildirilir.

 

Metbuatda bildirildiyi kimi, cari ilin 21 avqust tarixinde Almaniyanın Bavariya eyaletinin Noyştad-Valdnab şeherinde azerbaycanlıların da yaşadığı qaçqın düşergesinde yanğın hadisesi baş verib. Yanğının baş vermesi melum olduqdan derhal sonra sefirliyimiz Almaniyanın müvafiq orqanları ile elaqe saxlayaraq hadisenin detalları ile bağlı bezi melumatlar elde edib.

 

Sefirliyin Oberpfalts Baş Polis idaresinden elde etdiyi melumata göre, yanğının baş verdiyi binada cemi 19 nefer olmaqla, 10 nefer Azerbaycan, 2 İran, 2 Ukrayna, 2 Kosovo, 2 Ermenistan, 1 Konqo vetendaşı meskunlaşmışlar. Bunlardan 3-nün ise azyaşlı uşaq olduğu qeyd olunub.

 

“Oberpfalts Baş Polis idaresinin Baş polis komissarı cenab Mixael Rebelenin verdiyi melumata göre, yanğın bu gün teqriben saat 03.20 radelerinde baş vermiş, binada yaşayan iranlı şexs önce, qonaq üçün nezerde tutulmuş otaqda yanğın tüstüsü hiss edib, daha sonra oradan iki nefer şexsin qaçdığını görüb. Daha bir nefer qaçan şexsleri binanın qarşısında gözleyib.

 

Oberpfalts Baş Polis idaresi yanğın neticesinde bina sakinlerinden heç birinin xesaret almadlğını, yalnız binanın 1-ci mertebesine deyeri yüzlerle avro mebleğinde olan maddi ziyan deydiyini dile getirib. Sözügeden idareden verilen melumata göre yanğının baş vermesinden derhal sonra, hele gece iken hadisenin sebeblerini araşdırmaq meqsedile xüsusi istintaq qrupu yaradılmış ve işin istintaqı hazırda davam edir.

 

Bavariya eyaletinin daxili işler naziri Yoaxim Herman hadisenin ksenofobiya zemininde töredildiyini istisna etmeyerek, meselenin araşdırılması üçün elinden geleni edeceklerini bildirib”.

 

Sefirlik meseleni diqqetde saxlayır ve yanğın hadisesinin obyektiv suretde araşdırılması üçün AFR hüquq-mühafize orqanları ile emekdaşlığını davam etdirir.


Oxunub 308 defe