Xəbərlər ::

İQTİSADİYYAT :: Azerbaycanda milli aviasiya korporasiyası yaradıla biler

03-12-2016 11:00

Azerbaycanda milli aviasiya korporasiyası yaradıla biler. "APA-Economics" xeber verir ki, bu barede Rusiyanın "Trud" qezeti yazır.

 

Neşr bildirir ki, artıq bununla bağlı ölke rehberliyine müvafiq plan teqdim olunub. "Yaradılacaq korporasiya Rusiyanın Birleşmiş Aviatikinti Korporasiyasının analoqu olacaq. Korporasiyanın qarşısında perspektivli aviasiya texnikasının istehsalı meqsedi qoyulacaq", - deye qezet yazır.

 

Qezet iddia edir ki, mehz bu sebebden "Antonov" aviakorporasiyasının sabiq baş konstruktoru Dmitri Kivaya Azerbaycanda iş teklif olunub: "74 yaşlı Kivanın bu cür tecrübesi var. 2015-ci iledek o konstruktor bürosu ve aviakorporasiyaya rehberlik edib".

 

Qezete açıqlamasında Azerbaycanda olan D. Kiva bildirib ki, ölkemizde aviasiya senayesinin inkişafına töhfe vermekde israrlıdır: "Azerbaycan öz aviasiya tikintisini qurmaqda qerarlıdır. Men bunu hiss etdim ve inanıram ki, her şey müsbet neticelenecek. Elimizden geleni edeceyik".

 

Sonuncu "Elimizden geleni edeceyik" ifadesine istinaden "Trud" yazır ki, D. Kiva Bakıya tek deyil, komandası ile gelib.


Oxunub 105 defe