Xəbərlər ::

HADİSƏ :: Dehşetli yanğınla bağlı mehkeme davam edir

05-12-2016 15:34

Bineqedi rayonunda yaşayış binasında baş veren yanğınla bağlı teqsirlendirilen şexslerin cinayet işi üzre mehkeme prosesi davam edib.

 

Lent.az-ın melumatına göre, Bakı Ağır Cinayetler Mehkemesinde hakim Efqan Hacıyevin sedrliyi ile keçirilen prosesde senedlerin tedqiqi davam edib. Teqsirlendirilen Miryusif Mahmudov bildirib ki, anloloji yanğın hadisesi 2012-ci ilde Tibb Universitetinin Cerahiyye Korpusunda da baş verib: "Melum oldu ki, Cerahiyye Korpusundakı üzlenme materialları Çinden getirilib. Yoxlamalar neticesinde çin malının asan yanan, bizim materialın ise çetin yanan olması müeyyen edildi. Eger hemin vaxt bizim qeliblediyimiz materiallar pis olsaydı işimizi bağlayardılar. Ele o yanğın zamanı da xesaret alan da var idi, dövlete de ciddi ziyan da deymişdi. Niye Çin şirketinin her hansı bir işçisi ve ya tesisçilerinden heç kim mesuliyyete celb edilmedi?".

 

Hakim ise deyib ki, Bineqedideki binanın yanması ile bağlı günahı olanlar cezalandırılacaq, günahsızlara ise beraet verilecek. Proses dekabrın 6-da davam etdirilecek.

 

Qeyd edek ki, öten il mayın 19-da paytaxtın Bineqedi rayonu erazisinde çoxmertebeli yaşayış binasında ağır neticelere sebeb olmuş yanğınla bağlı binaların üzlenmesinde istifade olunan “poliuretan” memulatını istehsal eden "Qlobal Stone" ve "Global Constuction" MMC tesisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Beşirov, “Global Construction” MMC-nin sedr müavini Elekber Esgerov, 2012-2013-cü illerde Bineqedi rayon menzil-kommunal teserrüfat birliyinin reisi işlemiş rayon icra hakimiyyetinin teserrüfat şöbesinin müdiri Edalet Recebov, Bineqedi rayonu, 72 saylı menzil-kommunal istismar sahesinin reisi Nizami Orucov ve binanın poliuretan materialla üzlenmesi işlerine nezaret funksiyalarını heyata keçirmeli olan, 2012-2013-cü illerde Bineqedi rayon İcra Hakimiyyeti başçısının birinci müavini işlemiş Qezenfer Novruzov, Cinayet Mecellesinin 225.2-ci (ehtiyatsızlıqdan zererçekmiş şexsin ölümüne ve diger ağır neticelere sebeb olan yanğın tehlükesizliyi qaydalarını pozma) ve 308.2-ci (vezife selahiyyetlerinden sui-istifade ağır neticelere sebeb olduqda) maddeleri ile teqsirlendirilen şexs qisminde celb edilerek barelerinde mehkemenin qerarları hebs qetimkan tedbiri seçilib. Bundan başqa, cinayet işine "Dernegül Boru" Zavodunun laboratoriya rehberi Ağacavad Memmedov ve Sehiyye Nazirliyi yanında Gigiyena ve Epidemiologiya Merkezinin baş direktoru Akif Elibeyov da celb edilib. Onlar baresinde hebs-qetimkan tedbiri seçilmeyib. Yanğın neticesinde 15 nefer ölüb, 50 nefer xesaret alıb.


Oxunub 104 defe