Xəbərlər ::

DÜNYA :: Abdulla Gülün oğlu evlendi

23-08-2015 11:45

Türkiyenin sabiq prezidenti Abdulla Gülün oğlu Ehmed Munir Gülün toyu olub. Payiz.Az Milliyet-e istinaden xeber verir ki, merasimde bir çox tanınmış simalar, siyasetçiler, ictimaiyet nümayendeleri iştirak edib. Nikahda beyin şahidleri prezident Receb Tayyib Erdoğan, baş nazir Ehmed Davudoğlu ve parlamentin spikeri İsmet Yılmaz, gelinin şahidi ise dayısı Meherrem Ceylan olub. 

Qeyd edek ki, “Hacettepe” universiteti Tibb fakultesinde oxuyan Ehmed Münir Gül ve Ayşe Zehra Karadere cütlüyünün toyunda 500-e yaxın qonaq olub. 

Merasim Quranın oxunması ile başlayıb, qonaqlara Mehemmed Peyğemberin heyatını, tesvirini gösteren “Hilye-i Şerif”in paylanması ile yekunlaşıb. 


Oxunub 350 defe