Xəbərlər ::

MAQAZİN :: Afaq açıq-saçıq şekillerinden danışdı: "Göreceksiniz..."

24-08-2015 12:50

Şou-biznesde qalmaqallı açıqlamaları ile tanınan müğenni Afaq Aslan çimerlik geyiminde çekdirdiyi şekillerden danışıb. Payiz.Az-a açıqlama veren ifaçı müzakirelere sebeb olan fotoları baresinde bu sözleri deyib: “Sosial şebekede yazıblar ki, Afaq soyundu, Afaqın yarımçılpaq fotosu yayıldı. Başa düşe bilmirem ki, denizde “şuba”yla, xalatla çimmeliyem? Bezi şou-biznes nümayendelerinden ferqli olaraq soyunub, şeherde gezmirem. Ne de çimerlik geyiminde efire çıxmıram. Çekdirdiyim fotosessiyaların  tez-tez müzakireler mövzusu olması, meni ele de narahat etmir. Birce onu bilirem ki, şou-biznesde paxıllığımı çeken hemkarlarım çoxdur. O paxılların da cavabını zamanla Allah verir. Başım hazırda heyata keçireceyim sürpriz layiheye qarışıb. Sentyabr ayından etibaren tamaşaçılar meni ferqli ampluada görecekler. Hemin layihenin neden ibaret olduğunu ise önceden açıqlamaq istemirem. Çox az qalıb. Göreceksiniz”.

A.Aslan daha sonra yaradıcılıq işinden danışıb: “Yeni bir mahnı ifa etmişem. Beste “Çaşma” adlanır. Mahnının sözleri meni qarşı çaşan insanlara ünvanlanıb. Bestenin sözleri Altay Yaşara, musiqisi ise Ferahime mexsusdur. Düşünrem ki, bu mahnım sevilecek”.  


Oxunub 265 defe