Xəbərlər ::

SOSİAL :: İcbari tibbi sığortanın vahid qiymet cedveli artıq hazırdır

27-12-2016 18:18

İcbari tibbi sığortanın baza zerfi ile yanaşı vahid qiymet cedveli de hazırlanıb ve vahid qiymet cedveli iki hisseden ibaret olacaq.

 

 

Bunu İcbari Tibbi Sığorta üzre Dövlet Agentliyinin İcbari tibbi sığorta şöbesinin müdiri Vüqar Qurbanov Lent.az-a müsahibesinde deyib.

 

 

 

V.Qurbanov bildirib ki, İcbari Tibbi Sığorta üzre Dövlet Agentliyi terefinden baza zerfine daxil edilen tibbi xidmetlerin qiymetleri, baza zerfi ile ehate olunmayan yeni sığorta teminatına alınmayan xidmetlerin qiymetleri hazırlanıb ve tesdiq üçün hökumete teqdim edilib.

 

 

V.Qurbanov onu da qeyd edib ki, sığorta haqqının ümumrespublika üzre toplanma qaydası da artıq hazırlanıb ve tesdiq üçün Prezident Aparatına teqdim olunub: “Sığorta haqqının yığılma qaydası ferqli ola biler. Yeni sığorta haqqının bir hissesi bezi ehali tebeqesi üçün dövlet terefinden qarşılanacaq.  Bura 18 yaşına çatmamış uşaqlar, işlemeyen pensiyaçılar, hamile qadınlar, eyani tehsil alan telebeler daxildir ki, hemin şexslerin sığorta haqları dövlet terefinden maliyyeleşdirilecek. İşleyen ehali üzre icbari qaydada müeyyen faizler müeyyen olunub. Hemin faizler üzerinden hem işe götüren hem de işçi terefinden sığorta haqqı ödenilecek. Sığorta haqqını ödemeli olan insanlar sığorta haqqını serbest şekilde agentliyin teyin etdiyi ödeme menteqelerinde serbest şekilde ödeye bilecekler”.

 

 

Şöbe müdiri onu da elave edib ki, icbari tibbi sığorta üzre baza zerfinde derman teminatı tam şekilde ehate olunacaq: “ Stasionar müalice ve müayine, tecili tibbi yardım, ilkin sehiyye xidmeti ile bağlı lazım olacaq bütün dermanların teminatı ehate olunacaq.

Konkret olaraq hansısa dermanların adı baza zerfine daxil edilmeyib. Xestexanada aparılan müalice, hekim  teyinatı esasında lazım olan dermanlar baza zerfine daxil edilecek. Onlar vasitesile sığorta olunan şexslere yardım edilecek”. 


Oxunub 95 defe