Xəbərlər ::

SİYASƏT :: "Bordyujanın qiymetlendirmesi teessüf doğurur" - General

29-12-2016 17:40

“Bugünkü provokasiya resmi Yerevanın evvelceden hazırladığı plandır”.

 

Bunu APA-ya açıqlamasında müdafie nazirinin sabiq müavini, istefada olan general-leytenant, herbi ekspert, Çingiz Memmedov deyib.

 

Ç. Memmedov bildirib ki, Kollektiv Tehlükesizlik Müqavilesi Teşkilatının (KTMT) Sankt-Peterburqda keçirilen son sessiyasında Ermenistan nümayende heyetinin teşkilatın üzvlerinin diqqetinin Dağlıq Qarabağ münaqişesine yöneldilmesi ve qurumun Baş Katibi vezifesine ermeni temsilçisinin seçilmesi cehdlerinin boşa çıxmasından sonra KTMT üzv ölkelerinin diqqetini konflikte celb etmek meqsedile resmi Yerevan bugünkü provokasiyanı töredib.

 

"Dövlet serhedinde baş vermiş insidentden qısa müddet sonra Kollektiv Tehlükesizlik Müqavilesi Teşkilatının baş katibi Nikolay Bordyujanın hadisenin Azerbaycanın texribatı kimi qiymetlendirmesi teessüf hissi doğurur. Bele ki, texribatın ve telesik müsahibenin verilmesi vaxtlarının teqriben üst-üste düşmesi provokasiyanın Ermenistan terefinden evvelceden planlaşdırıldığını qeyd etmeye esas verir.

 

Ermenistan terefi planlı şekilde ve vaxtaşırı Dağlıq Qarabağa aidiyyeti olmayan bölgede texribatların töredilmesi barede dezinformasiya xarakterli melumatları yaymaqla münaqişenin miqyasını süni şekilde genişlendirmek ve temsil olunduğu herbi-siyasi teşkilatın diger üzvlerini de bu münaqişeye celb etmek meqsedini güdür", - deye o bildirib.

 

Qeyd edek ki, bu gün seher saatlarında baş vermiş döyüş toqquşmasında Azerbaycan Silahlı Qüvvelerinin herbi qulluqçusu esger Qurbanov Çingiz Salman oğlu itkin düşüb.  

 

Ermenistan Müdafie Nazirliyi ise döyüşde 3 ermeni herbçinin öldüyünü açıqlayıb.


Oxunub 86 defe