Xəbərlər ::

HADİSƏ :: Uşaqlığımın kinosu

05-01-2017 10:36

 

Adamın gerek uşaqlıqdan sevdiyi bir kinosu olsun, o kinoda sevdiyi bir obrazı olsun. O obrazın da sevdiyi bir eşyası olsun. Olmursa, daha o ne adam oldu?! O adam ne seve bilecek, ne şeir dinlemek  medeniyyeti olacaq, ne  de bir adama yaxşlılıq eleyecek. Elinden ancaq pislik gelecek.

 

O, senin ya telebe yoldaşın,  ya müdirin, ya qonşun,   ya da tesadüfen tanış olduğun bir adam olacaq. Her ne ise... O adamla her an qarşılaşacaqsan, mübahise edeceksen. Cemiyyetin boyük ve esas hissesi hemişe  onun terefinde dayanacaq.

 

Çünki  uşaqlıqdan beri onun  sevdiyi  kinosu yoxdur.  Uşaqlıqdan sevdiyi kinosu olmayanlar dünyanın en bedbext adamlarıdır. Bedbextliyin yekesi de ondadır ki, onlar heç vaxt bedbext olduqlarını bilmirler.

Ele burdaca keçek uşaqlığımın kinosuna.

 

7-ci sinfde oxuyurdum,  13 yaşım vardı, dediler, kendimize kino gelib, baxmağı da  bir manat. Kendde klub yox idi. Dediler ki, gerek kino mektebde gösterile, özü de günün günorta çağı. Kinoverenler mektebimizde edebiyyat kabinesini seçdiler. Pencereleri qara parçalarla bağladılar. Guya axşamdı.

 

Nenem qocalıq pulundan mene  “tramvayın altda qalmış”    manatlıq verdi. Bir şertle ki, gerek  kinonu ona başdan-ayağa danışam. Geldim mektebe. Gördüm, yerler tutulub. İlk qarşılaşdığım adam sinif rehberim oldu. Özü de dar bir yerde. Son günler derse gelmemeyimin üste  lazım olan danlaqları ondan  can-başla  qebul  edib  eyile-eyile  keçdim  içeri. Lap qabaqda dizlerimi yere qoyub başladım   kinoya tamaşa elemeye. Dizlerimin ağrısını vecime almırdım. Dizime direnen mismarın başı sinif rehberimin danlağını xatırladırdı mene. Getdikce döşemeye çökürdüm. Niye de çökmeyim?  Kinoda her şey bizimki kimi. Atlar bizimki, Novruz bayramı bizimki,  yumurtalar, kosa ve keçel eynen bizim kenddeki kimiydi. Düşünürdüm ki, Celalın ölüm sehnesini danışsam, nenem hönkür-hönkür  ağlayacaq. Verdiyi pula heyifi gelmeyecek.

 

Kino qurtardı, hamımız çıxdıq çöle. Şalvarımın dizlerini  döşemenin taxtası cırmışdı. Qaçdım nenemin yanına. Kinonu neter tesirli  danışdımsa, nenem bir saat kirimedi.   Qonşular da geldi, onlar da başladı  ağlamağa.

 

Kendde ağlamağın özü de bir incesenet sayılır. Adam ağlayanda ağrıları kesir, promlemleri bir az yaddan çıxır. Ağlayıb qurtarandan sonra özünü sanatoriyadan  yenice gelmiş kimi hiss eleyir. Neneme dedim, yene kino var,  çünki axsam saat 10-a kimi kino  göstermek  nezerde tutlulub. Nenem bir manat da verdi ki, get bax, gel danış mene, bir az da ağlayım, başımın ağrısı kessin. Getdim qabaqda yer tutdum. Baxdım ki, yene hemin kino – “Yeddi oğul isterem” filmi.  Gözlerime inana bilmirdim, ikinci defe adam nece öle biler? Axı Celal  bayaq ölmüşdü, indise sağdır. Eger eledirse,  biz onu yeniden ölmeye qoymayaq gerek. Ayağa qalxdım, yuxarı sinif uşaqları mene başa saldılar ki, bu, kinodur, lentdir, isteseler, min defe tekrar  göstere bilerler ve Celal da  min defe  de ölüb-diriler. Yanıb tökülürdüm. Bes beledirse, bes  bizi niye  aldadıb ağladırlar. Men özüm cehenneme, bes neneme bir manatın evezine ne deyecem? O demez ki, bes bayaq ölen adam indi nece oldu ki, dirildi?  Naümid geldim eve. Başladım neneme yalandan  kino uydurmağa. Guya  Hümay ölmeyibmiş. Sehranın başında yoncalıq varmış, içinde bir boz at otlayırmış. Hümay minir ata, kendin ayağından, baxça terefden (guya) fırlanıb gelir Bextiyarın yanına. Bextiyarı götürüb gedir, dedesinin emisi oğlanlarının hamısını qanına qeltan edir. Tapançanı direyir Kelenterin qulağının dibine, ölenlerin ruhuna bir salavat çevirtdirir. Nenem  soruşdu ki, bes sonra ne  oldu, Hümay ölmedi ki?! Dedim, yox, belke,  bir-iki aya öldürerler. Bele demekle gelecek “manat”ların  yerini eledim.  Ele bu zaman nenem bir qıyya çekdi, dedi, Humay menim  dost-doğmaca emim qızı olmalıdır. Onun qeyretine qurban olum. Men yavaşca  aradan ekildim.

 

Beli, menim uşaqlığımın ilk kinosu “Yeddi oğul isterem” filmidir. Dizimin ağrısı kimi, o kino bütün xırda cizgilerine qeder yadımdadır. Çünki o kinoya dizlerimi yere qoyub baxmışdım. Her defe neneme o filimin yeni seriyalarını uydururdum. Daha durub deye bilmezdim ki, Celal  yene ölüb-dirilir. Onda bu, ne ağlamaq oldu?! Nenemin tekrar  ağlamaqla arası yoxdur. O, ne ağlasa, teze ağlayır.

 


Oxunub 28 defe