Xəbərlər ::

SOSİAL :: Qarajlar tehlükeli obyektlerin siyahısına daxil edildi

05-01-2017 11:18

Nazirler Kabineti “Tehlüke potensiallı ve dövlet ehemiyyetli tikinti obyektlerinin Siyahısı”nı tesdiq edib. 

 

APA-nın melumatına göre, tehlüke potensiallı tikinti obyektlerinin siyahısına aşağıdakılar daxildir:

 

- diametri 1000 mm-den artıq olan  magistral (neft, qaz, su ve kanalizasiya) boru kemerleri;

- su ve istilik elektrik stansiyaları;

- hecmi 10 milyon kubmetrden artıq olan su hövzeleri (anbarları) ve onların bendleri (hidrotexniki qurğuları);

- neft emalı maddelerinin istehsalı zavodları;

- hecmi 20 min tondan artıq olan neft ve neft mehsullarının saxlanılması üçün anbarlar ve maye qazların izometrik anbarları;

- maye qaz, neft ve  neft mehsullarının rezervuar parkları;

- hecmi 5 min kubmetrden artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarlar ve qazholderler;

- deniz şelfinde quraşdırılan neft  ve qazçıxarma platformaları;

- gücü saatda 2 milyon kubmetrden yuxarı olan kompressor stansiyaları, gücü saatda 2 milyon kilokaloriden artıq olan qazanxanalar;

- dövlet ehemiyyetli hidrotexniki qurğular;

- sel ve daşqın  sularından qoruyucu bendler  ve torpaq sürüşmelerinden istinad divarları;

- partlayıcı, pirotexniki, zeherleyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyevi ve etraf mühit üçün tehlükeli maddelerin, materialların, tullantıların ve herbi sursatların istifadesi, emalı, istehsalı, saxlanılması, mehv edilmesi ve basdırılmasını, o cümleden işlenmiş nüve yanacağının basdırılmasını heyata keçiren tikinti obyektleri;

- üzvi terkibli xammalların qebulu, saxlanılması, neqli ve emalı ile bağlı ümumi tutumu 500 tondan artıq olan taxıl terminalları, elevatorlar, anbarlar;

- istehsal gücü 100 ton/gün  ve daha artıq olan un deyirmanları, 5 ton/saat  ve daha artıq olan maya (solod) emalı müessiseleri, 20 ton/saat ve daha artıq olan üzvi terkibli xammalların emalı ve qurudulması obyektleri;

- istehsal gücü 3 (üç) ton/saat ve daha artıq olan qarışıq yem istehsalı obyektleri;

-  gücü 4 kilovat, 1500 dövr/deqiqeden artıq olan aspirasiya qurğuları;

- çoxmertebeli binaların yeraltı ve yerüstü hisselerinde yerleşen, yüzden artıq avtomobil üçün dayanacağı olan qarajlar;

- yüksekgerginlikli elektrik xetleri ve qurğuları;

-  yanacaqdoldurma ( neft ve qaz) menteqeleri;

- ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hisseciklerin süretlendiricileri) istifadesi, istehsalı ve temiri ile meşğul olan obyektler;

-  nüve (atom) reaktorlarının istifadesi ve ya istismarını, elece de nüve yanacağının istehsalını ve zenginleşdirilmesini, işlenmiş nüve yanacağının emalını heyata keçiren obyektler ve qurğular.

 

Dövlet ehemiyyetli tikinti obyektlerinin siyahısına aşağıdakılar daxildir:

 

-  respublika ehemiyyetli muzeyler, dövlet kitabxanaları ve arxivleri;

- dünya, ölke ve yerli ehemiyyetli tarix ve medeniyyet abideleri (o cümleden, memarlıq abideleri);

- nüve  (atom) reaktorları;

- metro stansiyaları ve tunelleri;

- aşırımı 100 metrden ve ya uzunluğu 1000 metrden artıq olan körpüler;

-  tutumu 2 min neferden artıq olan qapalı ve üstüörtülü idman qurğuları, konsert ve konfrans sarayları;

- 75 metrden hündür olan ve dövlet vesaiti hesabına inşa olunan ictimai ve çoxfunksiyalı bina ve qurğular;

- uzunluğu 1000 metrden artıq olan tuneller;

- hündürlüyü 100 metrden artıq olan qurğular (qülleler, dorlar ve borular);

hava ve deniz limanları, demiryol  vağzalları ve avtovağzallar;

- Xezer denizi akvatoriyasında inşa edilen  obyektler;

- xüsusi teyinatlı tikinti kompleksleri (herbi hisseler, penitensiar müessiseler, habele sığınacaqlar ve diger mülki müdafie qurğuları);

- telekommunikasiya şebekeleri ve qurğuları;

- yerüstü peyk idareetme merkezleri;

- dövlet ve beynelxalq ehemiyyetli neft, qaz boru kemerleri, 110 kilovat ve ondan yuxarı gerginlikli elektrikötürücü xetler, tutumu 10 min kubmetr ve daha artıq olan neft, neft ve kimya mehsullarının saxlandığı qurğular;

- mehsuldarlığı 10 min kubmetr/sutka ve daha artıq olan su ve 20 min kubmetr/gün ve daha artıq olan çirkab sutemizleme qurğuları, ehalisinin sayı 5000 neferden artıq olan yaşayış menteqelerinin suqebuledici qurğuları.


Oxunub 101 defe