Xəbərlər ::

HADİSƏ :: Sevinc Babayevanın oğluna 15 il HEBS verildi

05-01-2017 11:36

Heyat yoldaşını öldürmeye cehdde teqsirlendirilen Ayxan Memmedovun cinayet işi üzre mehkeme başa çatıb.

 

Lent.az-ın melumatına göre, Bakı Ağır Cinayetler Mehkemesinde hakim Samir Eliyevin sedrliyi ile keçirilen prosesde hökm oxunub. Hakimler kollegiyasının hökmüne esasen, A.Memmedov 15 il müddetine azadlıqdan mehrum edilib.

 

Xatırladaraq ki, prokuror çıxışında Ayxan Memmedovun 15 il 6 ay müddete azadlıqdan mehrum edilmesini istemişdi.

 

Qeyd edek ki, bu il fevralın 4-de Bakının Bineqedi rayonu Bineqedi qesebesi 1-ci meden, korpus 30-da yaşayan, evveller mehkum olunmuş, 1989-cu il tevellüdlü A.Memmedov evinin heyetinde heyat yoldaşı Günay Memmedovanın baş, sine ve kürek nahiyelerinden 16 bıçaq zerbesi vurub. G.Memmedova Kliniki Tibbi Merkeze yerleşdirilib. Daha sonra A.Memmedov polis emekdaşları terefinden saxlanılıb. İlkin ehtimala göre, hadise qısqanclıq zemininde baş verib. A. Memmedov Cinayet Mecellesinin 29, 120-ci (qesden adam öldürmeye cehd) maddesi ile ittiham olunur. Xatırladaq ki, A.Memmedov Azerbaycan Beynelxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Güler Ehmedova ile onun arasında vasiteçi kimi teqdim olunan Sevinc Babayevanın oğludur. Onu da qeyd edek ki, işle bağlı S.Babayeva "İnterpol" xetti ile axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyenin İstanbul şeherindeki klinikalardan birinde ürek xesteliyinden vefat edib.


Oxunub 63 defe