Xəbərlər ::

SOSİAL :: Bayram günlerinde 17 nefer dem qazından zeherlenib

05-01-2017 11:42

“Bayram günlerinde 17 nefer dem qazından zeherlenme ile  Kliniki Tibbi Merkeze getirilib". 

 

Bunu Lent.az-a açıqlamasında Klinik Tibbi Merkezin Toksikologiya şöbesinin müdiri Azer Maqsudov bildirib.

 

A. Maqsudov deyib ki, hemin şexslerden 8-i hospitalizasiya edilib: “ Onlardan ikisi azyaşlı olub. Her birine yardım gösterildikden sonra eve buraxılıb. Dem qazı zeherlenmeleri zamanı ölüm halı qeyde alınmayıb”.

 

Öten ille müqayisede bu il bayram günlerinde dem qazından zeherlenenlerin sayında azalma var. Öten il bu reqem 28 olub.

 

Şöbe müdiri bayram günlerinde Azerbaycanda qeyde alınan alkoqol serxoşluğunun da sayını  açıqlayıb.

 

Bayram günlerinde 12 nefer alkoqol serxoşluğu şikayeti ile Toksikologiya şöbesine getirilib: “Onlara da ilkin tibbi yardım gösterildikden sonra eve buraxılıblar”.

 

A.Maqsudov qeyd edib ki, bayram günlerinde sirke turşusu zeherlenmesi ile bağlı bir qadın merkeze getirilib: “ Hemin qadın intihar meqsedi ile sirke turşusu içmişdi. Hazırda veziyyeti stabildir, müalicesi davam edir”.

 


Oxunub 27 defe