Xəbərlər ::

SOSİAL :: Serhedle sengerin arasında - HORADİZDEN REPORTAJ

05-01-2017 12:36

Bu gün Füzuli rayonunun bir qesebe 21 kendinin ermeni işğalından azad olunmasından 23 il ötür.
 
APA TV-nin Qarabağ bürosunun xeberine göre, ermenilerin 1993-cü il avqustun 23-de Füzuli şeherinden başlanan işğalçılıq siyaseti neticesinde hemin ilin oktyabrın 24-de Horadiz ve etraf yaşayış menteqeleri de daxil olmaqla bütövlükle Ermenistan ordusunun tam nezaretine keçib.
 
Milli Ordunun eks-hücumu neticesinde 1994-cü ilin yanvarın 5-de 21 kend, bir  qesebe ve Haramı düzü adlanan eraziler ermeni işğalçılarından geri alınıb. Ermenilerin Azerbaycan kendlerini bütövlükle talan ederek yandırmasına cemi 3 ay kifayet etmişdi. Azerbaycan prezidenti Heyder Eliyevin çağırışından sonra işğaldan azad olunan kend sakinleri evlerine geri qayıtdıqda ürek dağlayan menzere ile üzleşmişdiler. Mehz bundan sonra ermenilerin talan etdiyi maddi-texniki infrastrukturun yeniden qurulması üçün Azerbaycan dövleti saysız-hesabsız layiheler heyata keçirdi.
 
Elizade Abbasov, keçmiş döyüşçü: "Bu gün bütün respublikanın rayonlarından olan xalqa üzümü tutub deyirem ki, sağ olsunlar ki, ele övladlar böyüdübler. Onlar şehid oldular, amma bu gün Horadiz şeheri ve 21 kend yaşayır. Onların sayesinde yaşayırıq. Onların tökdüyü qanın üstünde yaşayırıq. Bu gün Horadizin yeniden qurulmasını, gözelliyini görürsünüz. Bunların hamısı tek füzulilerin, qarabağlıların yox, bütün Azerbaycan Respublikasının genc oğlanlarının emeyi sayesinde elde olunub".
 
Azerbaycan prezidenti İlham Eliyevin 23 oktyabr 2007-ci ilde imzaladığı fermanla hem İranla serhedde, hem de cebhe xettinde yerleşen Horadiz şeher statusu aldı. İşğaldan azad olduğu günden beri Horadiz şeheri başdan-başa yeniden quruldu. Yaşayış menteqelerinin berpası üçün her il dövlet büdcesinden külli miqdarda vesait ayrılır. Ermenilerin dağıtdığı evler, küçe ve prospektler, magistral ve daxili yollar, qaz, su, işıq, rabite xetleri, elece de zavod, fabrik ve emal müessiseleri berpa olundu.
 
Vaqif Mehralıyev de evi berpa olunan ailelerden biridir. Deyir ki, dövlet sahib çıxıb evini berpa etmeseydi, hele de köçkünlük heyatından eziyyet çekirdi. Çünki maddi durumu ermenilerin yandırdığı evini berpa etmeye imkan vermirdi: "Başda prezidentimiz olmaqla dövletimize minnetdaram. Bu evin tikilmeyinin esas sebebkarı Mehriban xanım olub. Men düzünü deyim ki, menim bu günden sonra ömrümün sonunadek bu evi tikmeye gücüm çatmazdı. Minnetdaram yaxşı insanlara".
 
Müharibenin neticesi olaraq şeherin mehv olan ekologiyası ve yaşıllıq massivleri yeniden berpa olunub. Sıradan çıxan bitki örtüyü yenilenmekle yanaşı, hem de genişlendirilib. Düşmen tapdağından azad olunan cemi 10 yaşlı şeherin bugünkü görünüşü göz oxşayır. Hazırda serhedle sengerin arasında, Araz çayının sahilinde yerleşen genc şeheri Azerbaycan esgeri qoruyur. Aprel döyüşleri zamanı Azerbaycan Ordusunun Füzuli istiqametinde qazandığı uğurlar ise yerli sakinleri daha da ruhlandırıb. Keçmiş döyüşçü Azad Eliyev yeniden döyüşlerde iştirak etmek üçün ordu sıralarına can atır: "İndiki texnikamız olsaydı, indi Yerevanda oturub çay içirdik. Hemişe de hazıram döyüşe getmeye. Neçe defe könüllü müraciet etmişem, deyibler 43 yaşın var, yaşın keçib. Amma bizim kimiler orda olmalıdır".
 
Qeyd edek ki, Füzuli rayonunun 45 erazi dairesi olmaqla, 1 şeher, 1 qesebe ve 82 yaşayış menteqesi olub. Füzuliler birinci Qarabağ müharibesinde 1100 şehid verib. Onlardan 6 neferi ölümünden sonra Milli Qehreman adına layiq görülüb. 113 nefer girov düşüb, 1450 nefer müxtelif dereceli elil olub. Ermeni tecavüzü zamanı 36 361 nefer uşaq zerer çekib. Bunlardan 155 neferi yetim qalıb.
 
21 kend ve 1 qesebe işğaldan azad olunduqdan sonra mecburi köçkünlerin sosial şeraitinin yaxşılaşdırılması üçün bu torpaqlarda 17 yeni yaşayış qesebesi salınıb. Hazırda 125 400 nefer rayon sakininden 70 min neferi işğaldan azad edilmiş menteqelerde yaşayır.


Oxunub 36 defe