Xəbərlər ::

HADİSƏ :: Ermeni esger komandirini gülleleyib

05-01-2017 13:02

İşğal olunmuş Azerbaycan erazilerinde dislokasiya olunan Ermenistan silahlı qüvvelerinin bölmelerinden birinde insident baş verib.

 

APA-nın melumatına göre, cebhe xettinde yerleşen herbi hissede başqasının evezine döyüş postuna çıxmaqdan imtina eden esger Haykaz Babeyan adlı herbi qulluqçu bölük komandiri Mesrop Aşotyan ve teminat manqasının komandiri gizir Masis Sarkisyan terefinden döyülerek ciddi beden xesareti alıb.

 

Fiziki tezyiqlere meruz qalan, H. Babeyan avtomat silahından ateş açaraq gizir M.Sarkisyanı ayağından ve adı helelik açıqlanmayan diger müqavile esasında herbi xidmetde olan esger yoldaşını qarnından yaralayıb.

 

Yaralılar derhal Xankendideki herbi hospitala çatdırılıb. Gizir M.Sarkisyanın veziyyetinin sabit olduğu, diger yaralının ise reanimasiya şöbesine yerleşdirildiyi bildirilir.

 

Melumata göre, hadise baş veren herbi hisse komandanlığı hadiseni gizletmek ve mesuliyyetden yayınmaq meqsedile baş vermiş faktı rehberliye bedbext hadise kimi teqdim edib. Hazırda müvafiq qurumlar terefinden araşdırma aparılır.

 

Xatırladaq ki, ermeni ordusunda qarşılıqlı münasibetler, nizamname ve döyüş növbetçiliyi qaydalarının pozulması halları son vaxtlar artıb. Ermeni terefinin yaydığı resmi melumatlara göre, tekce öten ilin noyabr ayında buna benzer iki hadise baş verib. Bele ki, noyabrın 13-de döyüş növbetçiliyi qaydalarının kobud suretde pozulması neticesinde esger Vardan Arakelyan adlı herbi qulluqçu kiçik çavuş terefinden açılan ateşden yerindece ölüb.

 

Diger hadise ise noyabrın 22-de qarovul xidmetinde olarken A.Nersesyanla Aznavur Baleyan arasında baş vermiş mübahise neticesinde töredilib. Bildirilir ki, başından gülle yarası alan A.Baleyan hele de Yerevandakı merkezi herbi hospitalın reanimasiya şöbesinde müalicededir.

 


Oxunub 489 defe