Xəbərlər ::

HADİSƏ :: Cavid Hüseynovla bağlı mehkemeye müraciet olunub

25-08-2015 16:39

Hebsde olan futbolçu Cavid Hüseynovun ev dustaqlığına buraxılması barede mehkemeye müraciet edilib.

 

Teqsirlendirilen şexsin vekili Adem Memmedov APA-ya bildirib ki, vesatet Seabil rayon Mehkemesine teqdim edilib. Vesatete yaxın günlerde baxılacaq.

 

Adem Memmedov onu da bildirib ki, İtaliya metbuatında C. Hüseynovla bağlı üzrxahlıq metni yayılıb: “İtaliya metbuatında Rasim Eliyevin ölümünde Cavid Hüseynovun günahkar olması haqqında meqale derc olunmuşdu. Lakin Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın yalanlarını ifşa eden açıqlamamdan sonra İtaliya metbuatında Cavid Hüseynovla bağlı üzrxahlıq metni yayılıb. Onlar sehv etdiklerini anlayıblar” .

 

Qeyd edek ki, avqustun 8-de jurnalist Rasim Eliyev paytaxtın Bayıl qesebesi erazisinde bir qrup namelum şexs terefinden döyülerek çoxsaylı beden xesaretleri ile Kliniki Tibbi Merkeze yerleşdirilib ve avqustun 9-da orada vefat edib.

Fakt üzre Bakı şeher Prokurorluğunda Cinayet Mecellesinin 126.3-cü (qesden sağlamlığa ağır zerer vurma, zererçekmiş şexsin ölümüne sebeb olduqda) maddesi ile cinayet işi başlanılaraq prokurorluq ve polis emekdaşlarından ibaret istintaq-emeliyyat qrupu yaradılıb. Resmi melumata göre, müeyyen edilib ki, 1988-ci ilde Cebrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qebele» futbol klubunun heyetinde Kipr Respublikasının «Apollon» futbol klubu ile Bakı şeherinde keçirilen oyunda iştirakından sonra jurnalistlerin suallarını cavablandırarken yol verdiyi hereketlere göre şexsi “Facebook” sehifesinde tenqidi fikirler yazmış Ann.tv-nin videoreportyoru Rasim Eliyeve zeng ederek ondan tekzib vermeyi teleb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ilde Bakı şeherinde anadan olmuş Elşen İsmayılov da R.Eliyeve zeng ederek tekzib vermesini teleb edib ve bu zeminde aralarında mübahise yaranıb. Neticede Elşen İsmayılov R.Eliyevden qisas almaq meqsedile, özüne yaxın olan Camal Memmedov, Arif Eliyev,  Kenan Medetov ve  Samir Mustafayevden ibaret qrup yaradaraq avqustun 8-de  onunla görüşüb. Onlar R.Eliyeve el ve ayaq zerbeleri ile daxili orqanlarının zedelenmesine sebeb olan çoxsaylı ağır dereceli beden xesaretleri yetirib ve hadise yerinden qaçıblar. R.Eliyevin tecili-tibbi yardım vasitesile Bakı Kliniki Tibbi Merkeze çatdırılmasına ve üzerinde müalice ve emeliyyat aparılmasına baxmayaraq, heyatını xilas etmek mümkün olmayıb ve avqustun 9-da rada vefat edib. İstintaq zamanı R.Eliyeve mexsus İPHONE-5 markalı mobil telefonun cinayetin iştirakçısı Arif Eliyev terefinden sındırılıb yaşadığı Bakıxanov qesebesinde yerleşen «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliye atılması müeyyen olunub ve maddi sübut kimi götürülerek cinayet işine elave edilib. Hemin şexsler Cinayet Mecellesinin 126.3-cü maddesinde nezerde tutulan emeli töretmekde teqsirli bilinib ve barelerinde mehkeme terefinden hebs qetimkan tedbiri seçilib. İstintaqın hazırkı merhelesinde Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun teşkilatçılığı ile ağır cinayetin hazırlanmasını bilerek bu barede xeber vermemesi, cinayetin töredilmesinden sonra ise qabaqcadan ved etmeden onun gizledilmesine yönelen hereketlere yol vermesinde esaslı şübheler olduğundan ona Cinayet Mecellesinin 307.1 (ağır cinayetin hazırlanmasını ve ya töredilmesini bilerek hemin cinayet baresinde xeber vermeme) ve 307.2-ci (qabaqcadan ved etmeden ağır cinayeti gizletme) maddelerinde nezerde tutulan ittiham elan olunub ve baresinde mehkemenin qerarı ile hebs qetimkan tedbiri seçilib. Cinayetin C.Hüseynovun tehriki ile töredilmesi ferziyyesi de istintaq-emeliyyat qrupu terefinden araşdırılır.   


Oxunub 463 defe