Xəbərlər ::

İDMAN :: “Qarabağ” Respublika Stadionundan imtina etdi

25-08-2015 19:45

UEFA Avropa Liqasının pley-off merhelesi çerçivesinde baş tutacaq “Qarabağ” – “Yanq Boys” cavab qarşılaşmasından önce keçirilecek metbuat konfranslarının vaxtı belli olub. Apasport.az saytının melumatına göre, ağdamlıların baş meşqçisi Qurban Qurbanov avqustun 26-da oyunun keçirileceyi Tofiq Behramov adına Respublika stadionunun metbuat zalında saat 17:15-de media mensublarının önüne çıxacaq.

 

“Yanq Boys”un baş meşqçisi Harald Gamperle ise saat 17:45-de jurnalistlerin suallarını cavablandıracaq. Reqibimizin oyunqabağı son çalışması 18:15-de baş tutacaq.

 

Qeyd edek ki, Qurban Qurbanovun komandası matçdan qabaqkı son meşqe oyunun keçirileceyi stadionda çıxmayacaq. Bele ki, “Qarabağ”n oyunöncesi son meşqi sabah saat 19:15-de klubun Suraxanı qesebesindeki bazasında baş tutacaq.


Oxunub 322 defe