Xəbərlər ::

SOSİAL :: Azerbaycanda daha 801 derman vasitesi ucuzlaşdırılıb

25-08-2015 20:31

Azerbaycan Respublikasının Prezidenti İlham Eliyevin tapşırığına uyğun olaraq, derman vasitelerinin qiymetlerinin tenzimlenmesi prosesi davam etdirilir.

 

Payiz.Az-ın Tarif (qiymet) Şurasının saytına istinaden verdiyi xebere göre,  melumat verildiyi kimi, Tarif (qiymet) Şurasının 2015-ci il 30 iyul tarixinde keçirilmiş iclasında 256 derman vasitesi üzre qiymetler tesdiq edilib.

 

Tarif (qiymet) Şurasının 2015-ci il 25 avqust tarixinde keçirilmiş növbeti iclasında ise daha 801 derman vasitesinin qiymeti müeyyenleşdirilib. Ümumilikde, elan olunmuş 25 tesiredici madde üzre 1057 derman vasitesinin qiymetleri tenzimlenmişdir ki, bunun neticesinde hazırda satışda olan derman vasitelerinin qiymetleri ile müqayisede 46% derman vasitesinin qiymeti 2 defeden çox, 24% derman vasitesinin qiymeti 3 defeden çox ucuzlaşdırılmış, bütövlükde ise, hemin terkib üzre satışda olan derman vasitelerinin 94%-i üzre qiymetler aşağı salınıb.

 

Bununla da, dövlet qeydiyyatına alınmış derman vasitelerinin teqriben 15%-nin hazırkı qiymetlerle müqayisede ehemiyyetli derecede aşağı olan satış qiymetleri tesdiqlenmişdir. Böyük sosial ehemiyyet kesb eden bu proses bütün derman vasitelerinin qiymetleri tenzimlenenedek intensiv şekilde davam etdirilecek ve bu ilin sonunadek ekser derman vasiteleri üzre qiymetlerin tenzimlenmesi başa çatdırılacaq.

 

 Evveller de elan edildiyi kimi, 25 tesiredici madde (kombine olunmuş derman vasiteleri istisna olmaqla) üzre 1057 derman vasitesinin tesdiq edilmiş qiymetleri 2015-ci il 15 sentyabr tarixinden qüvveye minecek. Şuranın qerarına esasen, hemin tarixden etibaren qiymetleri tesdiq edilmeyen qeyd olunan terkibli derman vasitelerinin satışı yalnız qiymetler tesdiq edildikden sonra heyata keçirile biler.

 

İclasda daha 55 yeni tesiredici madde üzre derman vasitelerinin qiymetlerinin tesdiqlenmesi üçün senedlerin (beyannamelerin) qebulu elan olunmuş ve bunun üçün son müddet 2015-ci il sentyabr ayının 10-dek müeyyen edilib

 

Derman vasitelerinin mövcud ve Tarif (qiymet) Şurası terefinden tesdiq edilmiş qiymetlerinin müqayiseli cedveli melumata elave olunur.

 

Tarif (qiymet) Şurasının qerarı saytın "Şuranın Qerarları" bölmesinde yerleşdirilmişdir.


Oxunub 1099 defe