Xəbərlər ::

DÜNYA :: Ereb ölkeleri vahid ordu yaradır

26-08-2015 04:12

Ereb ölkeleri Liqasına üzv olan dövletlerin XİN rehberleri ve müdafie nazirleri avqustun 27-de Qahirede keçirilecek xüsusi iclasda vahid ereb silahlı qüvvelerinin yaradılmasına dair protokol imzalayacaqlar.  APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bu barede Misirin “El Fecr” neşri melumat yayıb.

 

Qeyd edek ki, vahid ereb silahlı qüvvelerinin yaradılması ideyası cari ilin martında Şarm eş-Şeyxde keçirilmiş ereb sammitinde Misir prezidenti Fettah es-Sisi terefinden ireli sürülüb ve Ereb ölkeleri Liqasına üzv olan dövletler terefinden desteklenib. Terrorçuluqla birge mübarize, ereb ölkelerinin milli tehlükesizliyinin qorunması, bölgede sülhmeramlı emeliyyatlarının aparılması vahid ereb silahlı qüvvelerinin esas vezifeleri kimi müeyyen edilib.    

 

Layiheye esasen, vahid ereb silahlı qüvvelerinin terkibinde 40 min herbçi, minlerle herbi pilot ve 3 min Herbi Deniz Qüvvelerinin esgeri xidmet çekecek. Vahid ereb silahlı qüvveleri qerargahı Qahirede yerleşecek.

 

Diplomatik menbelerin melumatına göre, Misirden başqa, layihe artıq BEE, Seudiyye Erebistanı, Küveyt, Yemen, Liviya, İordaniya ve Merakeş terefinden desteklenib. Liviya hetta birge qüvvelerin formalaşdırılmasına dair qerar qebul olunduqdan sonra ölke erazisinde fealiyyet gösteren İŞİD ve diger terrorçu qruplaşmaların zerersizleşdirilmesi meqsedile yardım xahişi ile müraciet edeceyini bildirib.    


Oxunub 352 defe