Xəbərlər ::

SOSİAL :: (R) AAAF Parkda idmançılar üçün gözel bir konsert tedbiri teşkil olundu

26-08-2015 10:27

AAAF Park Yaşayış Kompleksi idmanla adi heyatın sintezidir. Üstelik, bu mekan böyük bir eylence merkezidir. Dünen teşkil olunan maraqlı konsertler bu üç mehfumu özünde birleşdirdi.

Avqustun 29-30-da Astara Olimpiya-İdman Kompleksinde “Zirve” Beynelxalq İdman Klubunun ağır atletika üzre 9-cu Zirve Kuboku keçirilecek. Bu möteber turnirde 12 ölkeden 100-e yaxın idmançı iştirak edecek. Yarış qatılacaq atletlerin bir qrupu ise artıq Bakıdadır. Onlar AAAF Park Yaşayış Kompleksinde telim-meşq toplanışına start veribler. Dünen hemin idmançıların vaxtını eylenceli keçirmesi üçün gözel bir konsert tedbiri teşkil olundu.

Moldova, İran, Ukrayna, Bolqarıstan, Ukrayna ve Azerbaycan atletleri ve meşqçileri fontan etrafındakı masalarda yerlerini tutandan sonra musiqi sedaları geldi. Yerli ve xarici mahnılar, ifalar bir-birini evezledikce, özü ile müsbet ehval-ruhiyye getirirdi. Bütün qonaqlar yaxşıca eylenir, günün yorğunluğunu çıxarırdı.

Tedbirde 2015-ci ilde beynelxalq arenada uğurlu neticeler qazanmış “Zirve” idmançılarına hediyyeler teqdim de edildi. Onların bu yolla stimullaşdırılması, gelecek qelebelerine qatqı vermek klubumuzun hemişeki siyasetinin bir hissesidir.

Elave edek ki, qonaqlar içerisinde dünyaca meşhur idmanmçılar – üçqat Olimpiya çempionu, AAAF Parkın sakini olan Halil Mutlu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Veliçko Çolakov ve 5 qat Avropa, ikiqat dünya çempionu Hafiz Süleymanov da vardı.

Milletlerin birliyi, xalqların dostluğunun idman ve musiqi sayesinde mümkün olduğu dünen bir daha sübut olundu. İster xarici qonaqlar, isterse de hemin gece AAAF Parka gelen sıravi vetendaşlar da gözel saatlar yaşayaraq istirahet ede bildiler.


Oxunub 293 defe