Xəbərlər ::

SOSİAL :: Kinoteatrlarda Azerbaycan dilinde film niye nümayiş olunmur? - REPORTAJ

26-08-2015 15:16

"Öten illerle müqayisede son bir neçe ilde ölkemizde de insanlar boş vaxtlarında kinoteatrlara üz tuturlar. Burada onlar yerli filmlerle yanaşı dünya kinoteatrlarında nümayiş olunan ecnebi filmlere de baxa bilerler. Bes göresen tamaşaçılar ecnebi filmlerin keyfiyyeti ve onların dilimize tercüme olunaraq verilmemesinden ne derecede razıdırlar?"

 

"Hesab edirem ki, Azerbaycan diline tercüme olunaraq verilse bu daha düzgün olardı, amma burada söhbet yüksek seviyyeli tercümeden gedir. Maraqsız ve cansıxıcı tercümeden yox".

 

"Alt titrlerle verilmesi mence daha düzgün olardı. Çünki bizde tercüme olan kinoların menası itir. Sözler yanlış dublyaj olunur. Rus ve ya ingilis dilini bilmeyenler onlar alt yazılarla baxsınlar."

 

"Eger mene deseler ki, bir ecnebi film var, onlardan biri rus, digeri Azerbaycan dilinde verilir, men rus dilini seçerem. Çünki rus dilinde baxmaq daha maraqlı ve kinonu derk etmek baxımından daha rahatdır. Amma qanun varsa ki, mütleq dublyaj olunmalıdır o zaman dublyaj elesinler ve tamaşaçının zövqüne seçim etsinler".

 

Burada bir haşiye çıxaq ki, konstitusiyaya ve “Azerbaycan Respublikasında Dövlet dili haqqında”  qanuna uyğun olaraq film nümayişi sahesinde Azerbaycan dilinin dövlet dili olaraq işledilmesini tetbiq etmek meqsedile Medeniyyet ve Turizm Nazirliyi 2011-ci il iyul ayının 15-den etibaren ölkede fealiyyet gösteren  bütün kinoteatrlarda filmlerin dövlet dilinde nümayiş etdirmeli olduğu haqda qerar verib.  Qerar verilerken  Medeniyyet ve Turizm Nazirliyinin  müvafiq qurumları vaxtaşırı kinoteatrların fealiyyetine ciddi nezaret edeceyini de açıqlamışdır.

 

"Ele bu qerara esasen kinoteatrlar ecnebi filmi Azerbaycan dilinde iki cür -  seslendirme vasitesile, yaxud titrlerle tercüme edilmiş formada nümayiş etdire biler. Bu üsullardan hansının seçilmesi kinoteatrların öz işidir. Bes göresen hazırda kinoteatrlarımız bu qanuna emel edirmi?

  

Eslinde bütün inkişaf etmiş ölkelerde kinoteatrlarda yayımlanan filmler yerli dilde nümayiş olunur. Ona göre Azerbaycanın da bu prosesden kenarda qalması mümkün deyil.  Bezi kino mütexessisleri qerarın qebulu ile dilimizi bilmeyenlerin, onu öyrenmeye ve ona hörmet etmeye mecbur qalacağı düşüncesinde idiler. Qerardan sonra bir neçe kinoteatr filmleri Azerbaycan dilinde subtitrlerle yeni alt yazılarla vermeye sey gösterdi. Lakin netice heç de ürek açan olmadı.

"Bu serencama esasen biz bütün filmleri subtitrlerle göstermeye başladıq.  Bu zaman iki faktor ortaya çıxdı. Tamaşaçılar etiraz etmeye başladılar. Buna sebebden de kinokompaniyalar bu üsulla nümayişi dayandırdılar".  

 

Mütexessis hesab edir ki, qarşıya çıxan diger bir manee hazırkı şeraitde kinoların dublyaj olunmuş variantda verilmesi yeni filmlerin zaman baxımından gec nümayişine sebeb ola biler.  Bu ise birbaşa tamaşaçı auditoriyasının itirilmesi ile neticelener. Bununla yanaşı qarşıya çıxan problemlerden biri de yeni filmlerin dublyaj olunması zamanı onlardan qanuna uyğun olaraq lisenziyanın teleb edilmesidir.  


"Biz aldığımız bütün filmleri dublyaj ede bilmerik. Çünki bunun üçün lisenziya alınmalıdır ve hazırda ölkemizde dünyanın iri film şirketlerinin distributorları yoxdur. Evvelce sertifikatlaşdırılma aparılmalıdır. Eger bizde 20-den artıq kinoteatr fealiyyet gösterse, o zaman biz bir daha ecnebi şirketlere müraciet edeceyik. Bu hem büdceden, hem de baş ofisden asılı olan işlerdir. Bu işler maliyye teleb edir.   

 

Mövcud veziyyeti öyrenmek üçün Nizami Kino Merkezine de baş çekdik. Burada da her gün müxtelif saatlarda ecnebi filmler nümayiş olunsa da onların da dublyaj olunaraq verilmesi helelik reallaşmayıb.

"Biz de isterdik ki, filmler tercüme edilerek verilsin. Amma problem ondadır ki, biz filmler yeni çıxan zaman onları alıb tercüme edene qeder gecikirik. Bu da film bazarında gerilemeyimize sebeb olur".

 

Kino Merkezin metbuat xidmetinin rehberi Arzu Ehedovadan onu da öyrendik ki, ölkemizde  I Avropa Oyunları keçirilen zaman Azerbaycan filmleri tercüme edilerek alt titrler vasitesi ile ecnebi kinoseverlere nümayiş olundu. Lakin ecnebi filmlerin ana dilimize tercüme edilmesi hem maliyye vesaiti, hem de texniki  baxımından bir qeder ağır prosesdir.

 

Ağır olan ise hem de tamaşaçıların veziyyetidir. Eger nezere alsaq ki müasir gencler arasında orta ve yaşlı neslin  nümayendelerine nisbeten rus dilini bilenler daha azlıq teşkil edir, bu zaman mesele kifayet qeder qelizleşir.    

 

Medeniyyet ve Turizm Nazirliyinde de bu qeliz meseleden xeberdardırlar. Qurumun filmlerin tebliği ve qeyde alınması sektorunun müdiri Yusif Şeyxov  nazirlik terefinden mesele ile bağlı mütemadi monitorinqin aparıldığını deyir. Aşkarlanan qanun pozuntuları ise aidiyyatı orqanlara gönderilir. Yusif Şeyxov bu zeruri meselenin hell yolunu yeni qanun layihesinin qebul olunmasında görür.
"Nazirlik terefinden Kinemotoqrafiya haqqında qanun layihesi hazırlanıb. Hemin layihede sözügeden mesele ayrıca bend kimi salınıb. Hesab edirem ki, qanun qebul olunan zaman bu mesele de tam hell edilecek".   

 

Her halda yeni qanunun tezlikle qebul olunması hazırkı veziyyetde vacib meseledir. Axı söhbet ana dilimizin qorunmasından gedir. Bu qanuna emel edilmeyeceyi teqdirde ise hele bir nece nesli itire bilerik.

 


Oxunub 940 defe