Xəbərlər ::

SOSİAL :: UNEC İslam Dünyası Universitetleri Federasiyasının üzvü seçilib

20-02-2017 17:02

 

 

Merakeş Krallığının paytaxtı Rabat şeherinde İslam Dünyası Universitetleri Federasiyasının (Federation of the Universities of the Islamic World – WORLD) 7-ci Baş Konfransı keçirilib. İslam Tehsil, Elm ve Medeniyyet Teşkilatının (ISESCO) menzil qerargahında keçirilen tedbirde UNEC-i Beynelxalq elaqeler ve proqramlar üzre prorektor, dosent Şahin Bayramov temsil edib.

 

UNEC-in metbuat xidmetinden Lent.az-a verilen melumata göre, konfransda ISESCO-nun Baş Direktoru ve eyni zamanda FUIW-in baş katibi Dr.Ebdüleziz Osman el-Tuveycri Federasiyanın 2014-2016-cı iller erzindeki fealiyyetine dair geniş melumat verib. O, 345 ali tehsil müessisesinin üzv olduğu Federasiyanın İslam dünyası ölkeleri arasında qarşılıqlı faydalı emekdaşlığın inkişafına xidmet eden elaqelendirme funksiyasını heyata keçirdiyini bildirib. Ferqli ali tehsil sistemlerini temsil eden universitetler arasında elaqelerin inkişafında FUIW-in müstesna rol oynadığını diqqete çatdıran diger çıxış edenler Federasiyanın fealiyyetinin semereliliyinin artırılmasına dair teklifler de ireli sürübler.

İki gün davam eden tedbirde aktiv iştirak eden Ş.Bayramov İslam sivilizasiyasının esas merkezlerden biri olan Azerbaycanda 2017-ci ilin ölke başçısının müvafiq serencamı ile “İslam Hemreyliyi İli” elan edilmesini ve 2017-ci ilin mayında Bakı şeherinin IV İslam Hemreyliyi Oyunlarına ev sahibliyi edeceyini diqqete çatdırıb. O, tedbir iştirakçılarına İslam deyerlerinin qorunması ve medeniyyetlerarası dialoqun inkişaf etdirilmesi istiqametinde Azerbaycanda heyata keçirilen çoxsaylı tedbirler haqqında melumat verib.

 

Ali tehsilin keyfiyyetinin yükseldilmesi ve beynelxalq elaqelerin inkişaf etdirilmesi sahesinde UNEC-de aparılan işler barede danışan Ş.Bayramov FUIW-a üzv olan universitetlerle telebe ve müellim mübadilesi, birge elmi fealiyyet ve ortaq tedris proqramları üzre qarşılıqlı faydalı emekdaşlığa hazır olduqlarını bildirib.

Konfransda Federasiya üzvleri arasında tecrübe mübadilesinin genişlendirilmesi, İslam dünyası universitetlerinin fealiyyetinin qiymetlendirilmesi mexanizminin hazırlanması, İslam dünyasını ehate eden elm, texnologiya ve innovasiya platformasının yaradılması, ali tehsil müessiselerinin yeni maliyye menbelerine çıxış elde etmesi ve diger bu kimi mövzularda geniş fikir mübadilesi aparılıb.

Teşkilati meselelerin de müzakire olunduğu Konfransda FUIW-in İdare Heyetinin 2017-2019-cu iller üçün yeni terkibi seçilib. 345 üzv arasından cemi 15 universitetin daxil olduğu İdare Heyetine UNEC de seçilib. Bununla da, UNEC yaxın üç il erzinde FUIW-in fealiyyetinde ve idare edilmesinde birbaşa iştirak etmek, teşkilat çerçivesinde qerarların qebul edilmesinde aktiv rol oynamaq ve Federasiyanın bir sıra tedbirlerine ev sahibliyi etmek imkanı qazanmış olub. Eyni zamanda, İslam dünyasında ali tehsil sahesinde emekdaşlığı teşviq eden beynelxalq teşkilatın İdare Heyetinde temsil olunması UNEC-in hem Federasiyanın fealiyyetine töhve vermesi, hem de onun heyata keçirdiyi layihelerden daha çox faydalanması baxımından mühüm ehemiyyet kesb edir.

 

Tedbir çerçivesinde Federasiyanın bir sıra üzv universitetleri ile ikiterefli görüşler keçirilib, elece de, Malaziyanın Utara Universiteti ile UNEC arasında Anlaşma Memorandumu imzalanıb.

 

FUIW-in 7-ci Baş Konfransında Azerbaycan Respublikasının Merakeş Krallığında fövqelade ve selahiyyetli sefiri cenab Tarik Eliyev de iştirak edib.