Haberler ::

DÜNYA :: Türkiyede polise növbeti hücum: 2 yaralı

27-08-2015 03:54

Türkiyenin Osmaniye, Qaziantep ve Van şeherlerinde polis PKK terrorçularının hücumuna meruz qalıb.

 

APA-nın “Anadolu” agentliyine istinaden verdiyi melumata göre, Osmaniye şeherinde terrorçular patrul vezifesi icra eden xüsusi herekat polislerine hücum edibler.

 

Ölen ve yaralananların olmadığı hadisenin ardından qısa müddetli qarşıdurma yaşanıb. Bölgeye destek üçün herbçiler gönderilib ve emeliyyat başlayıb.

 

Eyni zamanda PKK terrorçuları Qaziantep şeherinde polis bölmesini ateşe tutublar. Bölmenin yaxınlığında terrorçulara mexsus avtomobilde silah-sursat aşkar edilib. Hazırda hücumu töretmekde şübheli bilinen 3 neferin yaxalanması istiqametinde emeliyyat-axtarış tedbirleri heyata keçirir.

 

Van vilayetinde ise polis avtomobilinin ateşe tutulması neticesinde 2 neferin yaralandığı bildirilir. Hücumu töreden PKK silahlılarının tapılması üçün genişmiqyaslı emeliyyat hazırlanıb.


Okunub 377 defa