Xəbərlər ::

HADİSƏ :: Ateşkes 118 defe pozulub

27-08-2015 10:10

Ermeni silahlı bölmeleri ateşkes rejimini pozmaqda davam edir. Payiz.Az Müdafie Nazirliyinin saytına istinaden xeber verir ki, ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde 60 millimetrlik minaatanlardan ve iriçaplı pulemyotlardan da istifade etmekle sutka erzinde ateşkes rejimini ümumilikde 118 defe pozub.

 

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Terter rayonunun Çilebürt, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Novruzlu, Çıraqlı, Yusifcanlı, Şuraabad, Merzili, Şirvanlı, Cevahirli, Qaraqaşlı, Sarıcalı, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbeyli, Aşağı Ebdürrehmanlı, Aşağı Veyselli, Aşağı Seyidehmedli, Qorqan, hemçinin Goranboy, Xocavend, Füzuli ve Cebrayıl rayonları erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub.

 

Düşmen cavab ateşi ile susdurulub.


Oxunub 247 defe