Xəbərlər ::

SOSİAL :: "Azerpoçt" xaricde tehsil almaq isteyen abituriyentlere müraciet edib

27-08-2015 11:16

"Azerpoçt" MMC xarici dövletlerin nüfuzlu universitetlerinde tehsil almaq isteyen abituriyentlere müraciet edib.

 

MMC-den “APA-Economics”e verilen melumata göre, müraciete sebeb xarici ölkelerdeki tehsil müessiselerine sened göndererken onların ünvanlarının poçtun indeksi, yaşadığınız küçe, ev ve menzil nömresi deqiq gösterilmemesidir.

 

Müessisenin müracietinde deyilir: "Müraciet etdiyiniz tehsil müessiselerinden Size cavab mektubu gönderilerken Sizin ve ya hemin müessiselerin ünvanınızı deqiq göstermemesi sebebinden daxil olan mektubları çatdırmaq mümkün olmur. Çünki bezen zerflerin üzerinde yalnız ad ve soyad qeyd edilir ki, bir poçt şöbesinin xidmet erazisinde onlarla eyni ad-familiyalı adamın olması da istisna deyil. Poçt şöbesine daxil olan bu cür gönderişler abituriyentler müraciet edene qeder çatdırılmamış qalır. Bu kimi halların aradan qaldırılması, qebul barede operativ olaraq melumatlandırılmanız üçün her ehtimala qarşı yaşadığınız ünvanın aid olduğu poçt şöbesi ile mütemadi elaqe saxlamağınız tövsiye olunur".

 

"Azerpoçt" MMC-nin baş direktor kömekçisi Elşad Nureliyev bildirib ki, poçt gönderişlerinin ünvanı gönderici terefinden aşağıdakı ardıcıllıqla yazılmalıdır:

 

- ünvan sahibinin adı (fiziki şexsler üçün - soyadı, adı, atasının adı);

 

- küçenin adı, evin ve menzilin nömresi;

 

- poçt indeksi;

 

- yaşayış menteqesinin adı (kend, qesebe, şeher ve rayon);

 

- muxtar qurumun adı.

 

Ünvan sahibinin ünvanı zerflerin, paketlerin, poçt kartlarının ve ya poçt gönderişlerinin üzlüyünün aşağı sağ terefinde, göndericinin ünvanı ise yuxarı sol terefde yazılmalıdır.

 

E. Nureliyev qeyd edib ki, teyinat şöbesi gösterilmekle poçt gönderişleri "Teleb olunanadek" ve ya "Abune qutusu"na ünvanlana biler. Bu halda teyinat menteqesi, alıcının ünvanı yerinde "Teleb olunanadek" ve ya "Abune qutusu"na qeyd edilmelidir. Bu cür poçt gönderişlerinin çatdırılması poçt müessisesinde heyata keçirilir. Bele ki, alıcı şexsiyyetini tesdiq eden senedi teqdim etdikde "Teleb olunanadek" qeydli gönderişi qebul ede biler.

 

"Abune qutusu"na ünvanlanan gönderiş ise alıcının özü terefinden abune olduğu qutudan çıxarılmalıdır.


Oxunub 634 defe