Xəbərlər ::

SİYASƏT :: Ecnebiler Azerbaycanda maşını nece sürecekler? -YENİ QAYDALAR

27-08-2015 12:55

Nazirler Kabineti “Mexaniki neqliyyat vasitelerinin ve onların qoşqularının müeyyen edilmiş qaydada dövlet qeydiyyatından keçirilmesi ve dövlet qeydiyyatı üzre uçota alınması haqqında Esasname”de deyişiklikler edib.

 

APA-nın melumatına göre, indiye qeder Azerbaycan Respublikası erazisinde daimi yaşayan xarici ölke vetendaşları ve vetendaşlığı olmayan şexslerin neqliyyat vasiteleri ümumi esaslarla qeydiyyata alınıb.

 

Azerbaycan Respublikasına 30 günden az olmayan müddete gelmiş ecnebilerin neqliyyat vasiteleri ise  müvafiq olaraq Azerbaycan Respublikası Xarici İşler Nazirliyinin diplomatik korpusunun xidmet orqanları, yaxud xarici vetendaşları qebul eden nazirlik ve baş idarelerin vasiteçiliyi ile ve ya ecnebinin yaşayış yeri üzre qeydiyyata alınması haqqında vesiqe esasında qeydiyyata (tekrar qeydiyyata) alınıb ve diger qeydiyyat hereketleri aparılıb. Deyişikliye esasen, Azerbaycan Respublikasının erazisinde müveqqeti yaşayan ecnebiler üçün qeydiyyatla bağlı prosedur deyişdirilib. Bundan sonra Azerbaycan Respublikasının erazisinde müveqqeti ve daimi yaşayan ecnebilerin ve vetendaşlığı olmayan şexslerin neqliyyat vasiteleri ümumi esaslarla qeydiyyata alınacaq.

 

Diger deyişiklik xarici hüquqi şexslerin nümayendelik ve filiallarının neqliyyat vasiteleri ile bağlıdır. İndiye qeder xarici ölkelerin neşriyyat, radio, televiziya orqanları, banklar, aviaşirketler ve onların emekdaşlarının ve diger hüquqi şexsler ve onların emekdaşlarının neqliyyat vasiteleri  Azerbaycan Respublikası Xarici İşler Nazirliyinin diplomatik korpusunun xidmet orqanları, yaxud xarici vetendaşları qebul eden nazirlik ve baş idarelerin vasiteçiliyi ile ve ya ecnebinin yaşayış yeri üzre qeydiyyata alınması haqqında vesiqe esasında qeydiyyata (tekrar qeydiyyata) alınıb ve diger qeydiyyat hereketleri aparılıb. Bundan sonra ise xarici hüquqi şexslerin nümayendelik ve filiallarının neqliyyat vasiteleri de Azerbaycanda ümumi esaslarla qeydiyyata alınacaq. Buna göre de artıq ecnebilerin, xarici hüquqi şexslerin ve Azerbaycan-xarici ölke birge müessiselerinin neqliyyat vasiteleri üçün sarı rengde dövlet qeydiyyat nişanları verilmeyecek. Ecnebilerin, xarici hüquqi şexslerin ve Azerbaycan-xarici ölke birge müessiselerinin neqliyyat vasiteleri üçün ağ rengde dövlet qeydiyyat nişanları verilecek. Başqa sözle, Azerbaycan Respublikası erazisinde müeyyen olunmuş qaydada açılmış xarici firmalar, banklar, aviaşirketler ve başqa beynelxalq teşkilatların, hemçinin Azerbaycan Respublikasında akkreditivleşdirilmiş hemin nümayendeliklerin emekdaşlarının ve onların aile üzvlerinin neqliyyat vasitelerine "M" seriyası,  xarici kütlevi informasiya vasiteleri nümayendeliklerinin, hemin nümayendeliklerin emekdaşları ve onların aile üzvlerinin neqliyyat vasitelerine “K” seriyası, ecnebi şexslerin idare etdikleri Azerbaycan-xarici ölke birge müessiselerinin, yaxud onların ecnebi emekdaşlarının neqliyyat vasitelerine; Azerbaycan Respublikasına xidmeti, yaxud şexsi iş üçün, elece de oxumağa gelmiş ecnebilerin neqliyyat vasitelerine; respublikada şexsiyyet vesiqesi ile daimi yaşayan, yaxud vetendaşlığı olmayan şexslerin neqliyyat vasitelerine, ecnebilere kirayeye verilen neqliyyat vasitelerine “H” seriyası ile dövlet qeydiyyat nişanları verilmeyecek.

 

Qerara esasen diplomatik  nümayendelik ve konsulluqlarına, diplomatik nümayendelik statusuna (immunitetine) malik beynelxalq teşkilatlara, habele onların diplomatik personalı ve bu personalın aile üzvlerine mexsus neqliyyat vasitelerinin qeydiyyata alınması proseduru da deyişdirilib. İndiye qeder Xarici ölkelerin diplomatik ve sefirlik nümayendelikleri ve onların emekdaşlarının, beynelxalq teşkilatlar ve onların emekdaşlarının neqliyyat vasiteleri  Azerbaycan Respublikası Xarici İşler Nazirliyinin diplomatik korpusunun xidmet orqanları, yaxud xarici vetendaşları qebul eden nazirlik ve baş idarelerin vasiteçiliyi ile ve ya ecnebinin yaşayış yeri üzre qeydiyyata alınması haqqında vesiqe esasında qeydiyyata (tekrar qeydiyyata) alınıb ve diger qeydiyyat hereketleri aparılıb.  Diplomatik nümayendeliklerin başçılarının xidmeti ve şexsi neqliyyat vasitelerine “SFR” seriyası,  xarici diplomatik (sefirlikler, ticaret nümayendelikleri, herbi attaşe, iqtisadi elaqeler üzre meslehetçiler aparatı, hemçinin diplomatik ve konsul nümayendeliklerinin terkib hissesi olan diger bölmeler), yaxud konsul nümayendelikleri, sefir ranqına beraber sayılan diger beynelxalq teşkilatlar, hemçinin bu nümayendeliklerin diplomatik seviyyeli (ranqlı) teşkilatlarının emekdaşlarının ve onların aile üzvlerinin neqliyyat vasitelerine “D” seriyası ve diplomatik, konsul nümayendelikleri ve beynelxalq teşkilatların xahişine göre neqliyyat vasitelerine "T" seriyası ile dövlet qeydiyyat nişanları verilib. Eyni zamanda diplomatik ve konsul nümayendeliklerinin, diger beynelxalq teşkilatların inzibati-texniki ve xidmet personalının, onların emekdaşlarının aile üzvlerinin neqliyyat vasitelerine  “T” seriyası ile dövlet qeydiyyat nişanları verilib. Deyişikliye esasen diplomatik nümayendeliklerin başçılarının xidmeti ve şexsi neqliyyat vasitelerine “SFR” seriyası verilmesi barede müddea Esasnameden çıxarılıb. Bundan sonra xarici ölkelerin Azerbaycan Respublikasında fealiyyet gösteren diplomatik nümayendelik ve konsulluqları, diplomatik nümayendelik statusuna (immunitetine) malik beynelxalq teşkilatlar, habele onların diplomatik personalı ve bu personalın aile üzvleri onlara mexsus xidmeti ve şexsi neqliyyat vasitelerinin qeydiyyata alınması üçün Azerbaycan Respublikasının Xarici İşler Nazirliyivasitesile qeydiyyat orqanına müraciet edecekler.  Xarici ölkelerin Azerbaycan Respublikasında fealiyyet gösteren diplomatik nümayendelik ve konsulluqlarının, diplomatik nümayendelik statusuna (immunitetine) malik beynelxalq teşkilatların, habele onların diplomatik personalının ve bu personalın aile üzvlerinin xidmeti ve şexsi neqliyyat vasitelerine qeydiyyat şehadetnamesi ve “D” seriyası, diplomatik nümayendelik ve konsulluqların, diplomatik nümayendelik statusuna (immunitetine) malik beynelxalq teşkilatların inzibati-texniki ve xidmeti personalına ve bu personalın aile üzvlerine  ise yene de “T” seriyası üzre dövlet qeydiyyat nişanı verilecek. Fexri konsulluqların neqliyyat vasitelerine “FK” seriyası üzre dövlet qeydiyyat nişanı veriecek.

 

 


Oxunub 1516 defe