Xəbərlər ::

İDMAN :: Avropanın en yaxşısı kim olacaq: Messi, Ronaldo, yoxsa Suares?

27-08-2015 13:39

Bu gün Avropada 2014/15 mövsümünün en yaxşı futbolçularının adları belli olacaq. Apasport.az saytının melumatına göre, Çempionlar Liqasının Monakoda keçirilen püşkatma merasiminde UEFA hem kişi, hem qadın futbolçular arasında en yaxşını mükafatlandıracaq.

 

5-ci defe keçirilen sorğunun evvelki qalibleri argentinalı Lionel Messi (2011), ispaniyalı Andres İnyesta (2012), fransalı Frank Riberi (2013) ve portuqaliyalı Kriştianu Ronaldo (2014) olub.  Bu defe de namizedler arasında yer alan Messi ve Ronaldonun 3-cü reqibi uruqvaylı Luis Suaresdi.

 

Qadın futbolçular arasında ise fransalı Amandin Anri, almaniyalılar Cenifer Morojan, Sella Şaşiç en yaxşı adına iddia edir. 3-cü defe keçirilen sorğunun evvelki qalibleri de Bundestimin üzvleri olub. Nadin Anqerer 2013, Nadin Kessler 2014-cü ilde mükafata sahib çıxıb.


Oxunub 358 defe