Xəbərlər ::

SOSİAL :: Mekteblerde baş veren qanunsuzlar açıqlandı - SİYAHI

02-03-2017 13:47

 

Tehsil müessiselerinde netice yönlü ve şeffaf idareetme modelinin, yeni melumat ve hesabat sistemlerinin yaradılması istiqametinde davamlı tedbirler heyata keçirilir. Bu tedbirler çerçivesinde Bakıdakı 22 nömreli tam orta mektebde qanunsuzluq halı aşkarlanıb.

 

Bakı Şeheri üzre Tehsil İdaresinden APA-ya verilen melumata göre, mektebin direktor müavini Cavad Seferov direktor selahiyyetlerini müveqqeti icra eden zaman 2015-2016-cı tedris ilinde resmi qeydiyyata alınmadan qanunsuz olaraq 15 nefer şagirdden ibaret ödenişli mektebehazırlıq qrupu yaradıb. Bele ki, bu mekteb Tehsil Nazirliyinin ve Bakı Şeheri üzre Tehsil İdaresinin müvafiq emrlerine elave edilmiş ödenişli pilot mektebehazırlıq qruplarının teşkil olunduğu ümumtehsil mekteblerinin siyahısına daxil edilmeyib.

 

Eyni zamanda valideynler terefinden ödenilen 3960 manat vesait dövlet büdcesine keçirilmeyib. Cavad Seferov valideynleri 6 yaşı tamam olmayan uşaqlarının bu kursu bitirdikden sonra müsabiqesiz 1-ci sinfe qebul olunacaqları ile de aldadıb.

 

Gösterilenlerle elaqedar Bakı şeheri 22 nömreli tam orta mektebin telim-terbiye işleri üzre direktor müavini Cavad Seferov vezife funksiyalarını yerine yetirmediyine göre onunla bağlanılmış emek müqavilesi leğv edilib. C.Seferovun emellerine hüquqi qiymet verilmesi üçün toplanmış materiallar aidiyyeti üzre prokurorluq orqanlarına gönderilib.

 

 

Tehsil Nazirliyinden ise APA-ya bildirilib ki, nazirliyin Erazi Maliyye Hesablaşma merkezlerinden yerli tehsili idareetme qurumlarında ve tehsil müessiselerinde vezife funksiyalarını lazımi şekilde yerine yetirmeyen şexslerle bağlı tedbirler görüldüyü açıqlanıb.

 

Şemkir rayonu Çenlibel kend 2 nömreli tam orta mektebde ingilis dili müellimi işlemiş Elnare İsmayılova nazirliye müraciet ederek cari tedris ilinde işden azad edildiyini bildirib.

 

Şemkir Rayon Tehsil Şöbesi E.İsmayılovanın hemin mektebde müddetli müqavile ile işlediyini ve cari tedris ilinde ehtiyac olmadığından onunla müqavile bağlanmadığını açıqlayıb. Eyni zamanda hemin mektebde ingilis dili fenni üzre 26 saat ders yükünün 2 nefer müellim terefinden tedris olunduğu bildirilib.

 

Araşdırma zamanı Çenlibel kend 2 nömreli tam orta mektebde ingilis dili fenni üzre ümumi ders yükünün 26 saat deyil, 51 saat olduğu melum olub. Hemçinin mektebin ingilis dili müellimi Vüsale İsmayılovaya Gence Meişet Xidmeti Kolleci terefinden verilen tehsil haqqında senedin dövlet nümuneli olmadığı aşkarlanıb.

 

Qeyd olunanlarla bağlı Şemkir Rayon Tehsil Şöbesinin  meslehetçisi Elşen Qasımova ve kargüzar Sitare Xelilovaya töhmet verilib.

  

Elnare İsmayılova müellimlerin işe qebulu üzre imtahanda 47,2104 bal topladığı ve ingilis dili fenni üzre ders yükü olduğu üçün Çenlibel kend 2 nömreli tam orta mektebde müddetsiz müqavile ile işe qebul edilib.

 

Öten ve bu tedris illerinde merkezleşdirilmiş qaydada keçirilmiş müsabiqeye esasen Kürdemir rayonunun ümumtehsil mekteblerinde işe qebul olunmuş müellimlerin (onların çoxuna heveslendirme tedbirleri (H1,H2) tetbiq olunub) derse davamiyyeti veziyyeti yoxlanılıb. 10 ümumtehsil mektebinde 34 müellimin derse davamiyyeti veziyyetinin araşdırılması zamanı rayonun Erebqubalı kend İ.Memmedov adına tam orta mektebinde 2, Sığırlı kend C.Esgerov adına tam orta mektebinde 1, Çerteyez kend ümumi orta mektebinde 1 müellimin işde olmadığı aşkarlanıb. Buna baxmayaraq, Erebqubalı kend tam orta mektebinin müellimleri Dilber Hemidzade ve Asiyet Xelilovanın öten ilin sentyabr-noyabr aylarında işe gelmemesine şerait yaradan mektebin direktor evezi iş vaxtının uçotu tabeline onların işde olması barede saxta melumatlar daxil edib.

 

Eyni zamanda Sığırlı kend tam orta mektebinin müellimi Gülöyşe Bedelovanın 2 ay müddetinde ders keçmemesine ve sinif jurnallarında qeydler aparmamasına, Çerteyez kend ümumi orta mektebinin müellimi Rena Eliyevanın 1 ay 15 gün derse gelmemesine baxmayaraq, mekteb rehberliyi terefinden onların işde olmamasının sebebleri araşdırılmadan qanunsuz emekhaqqının ödenilmesine şerait yaradılıb.

 

Kürdemir Rayon Tehsil Şöbesinin tabeliyindeki tehsil müessiselerinin fealiyyetine zeif nezareti neticesinde ciddi nöqsanlara yol verildiyine göre şöbenin müdiri vezifesinin Metleb Allahverdiyeve hevale edilmesi barede emr leğv edilib. Metodist Esger Hüseynov ise emek qanunvericiliyinin telebleri gözlenilmekle intizam mesuliyyetine celb olunub.

 

Hemçinin yuxarıda adları qeyd olunan mekteblerde direktor vezifesi hevale olunan Mütellim Mütellimov, Firengiz Heşimova ve Remzi Ağayev barede emrler leğv olunub. Direktor müavinleri Aqşin Qediyev, Minare Ağayeva ve müellimler Gülöyşe Bedelova, Rena Eliyeva, Dilber Hemidzade ve Asiyet Xelilova tutduqları vezifeden azad edilibler.

 

Quba rayonunun 7 ümumtehsil mektebinde de merkezleşdirilmiş qaydada işe qebul olunmuş 11 müellimin işe davamiyyeti yoxlanılıb. Bu rayonda da yeni işe qebul olunmuş müellimlerin  ekseriyyetine heveslendirme tedbirleri (H1, H2) tetbiq olunub.

 

Yoxlama zamanı Çiçi kend tam orta mektebinde 2016-cı ilde işe qebul olunmuş müellim Aynur Abbasovanın işe gelmediyi ve direktor Hevva Süleymanovanın iş vaxtının uçotu tabeline A.Abbasovanin işde olması barede saxta melumatlar daxil etdiyi aşkarlanıb.

 

Quba Rayon Tehsil Şöbesinin müdiri Loğman Müslümova ve aparıcı meslehetçi Cahangir Abdullayeve rayonun ümumtehsil mekteblerine zeif nezaret ederek vezife funksiyalarını lazımi şekilde yerine yetirmediklerine göre  töhmet verilib.

 

Mektebe rehberlik ve nezaretde ciddi nöqsanlara yol vererek işçinin işden yayınmasına şerait yaratdığına ve resmi senedlere yalan melumatlar daxil etdiyine göre Çiçi kend tam orta mektebin direktoru Hevva Süleymanova ile bağlanmış emek müqavilesi leğv edilib.

Tehsil Nazirliyi bundan sonra da işinde nöqsanlara yol vermiş şexslere qarşı mövcud qanunvericiliyin teleblerine esasen tedbirler görüleceyini ve müracietlerin araşdırılması neticesinde aşkarlanan faktlar barede ictimaiyyeti mütemadi olaraq melumatlandıracağını bildirir.


Oxunub 90 defe