Xəbərlər ::

SOSİAL :: Sehiyye Nazirliyi: Derman bazarında qıtlıq yoxdur

27-08-2015 20:57

Sehiyye Nazirliyi derman qıtlığı ile bağlı yayılan xeberlere aydınlıq getirib. Sehiyye Nazirliyinin metbuat xidmetinden APA-ya daxil olan melumatda bildirilir:

 

 "Son günler Akineton, Fenazepam ve Alflutop adlı dermanların apteklerde tapılmaması barede melumatlar yayılır. Sehiyye Nazirliyi bununla elaqedar bildirir ki, bu dermanlar Tarif Şurası terefinden qiymetleri tenzimlenmiş, habele növbeti merhelede qiymetlerinin tenzimlenmesi nezerde tutulmuş tesiredici maddeye malik dermanların siyahısına daxil deyil».

 

Melumatda qeyd olunub ki, Akineton adlı derman vasitesi Azerbaycan Respublikasında istehsalçı şirket terefinden dövlet qeydiyyatından keçmeyib ve ona göre de bu derman vasitesini istehlakçılara almamaq tövsiye olunur: “Amma müalice hekiminin mesleheti ile bu preparatın alternativi kimi dövlet qeydiyyatına alınmış ve Parkinson xesteliyinin müalicesinde effektivliyi ve tehlükesizliyi tesdiqlenmiş Trihexyphenidyl, Carbidopa ve Levadopa terkibli derman vasitelerinden istifade etmek olar”.

 

Fenazepam preparatı psixotrop derman vasitesi olduğuna göre onun aptekden satışı yalnız müalice hekiminin teyinatı esasında reseptle aparılır: “Alflutop preparatının terkibinde xırda deniz balıqlarının bioaktiv konsentratı var ve osteoartrozun, osteoxandrozun, spondilyozun müalicesinde kömekçi vasite kimi istifade edilir. Bu cür xesteliklerin müalicesi üçün dövlet qeydiyyatında olan bir sıra derman vasiteleri mövcuddur, onlardan Chondroitin sulfat, Glucosamine sulfat ve Alendronic acid terkibli derman vasitelerini göstermek olar”.

 

Melumata göre, bütün alternativ derman vasiteleri barede etraflı melumat Analitik Ekspertiza Merkezinin www.pharma.az internet saytında verilib.


Oxunub 1101 defe