Xəbərlər ::

SOSİAL :: ATV telekanalının yayımı dayandı

06-03-2017 18:59

 

“Azad Azerbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb. APA-nın xeberine göre, telekanalın yayımı bir neçe deqiqe evvel dayanıb.

 

Neqliyyat, Rabite ve Yüksek Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı ve Peyk Rabitesi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Eflatun Şerifov APA-ya faktı tesdiqleyerek bildirib ki, ATV telekanalından Teleradio İB-ye siqnal daxil olmadığı üçün ATV ne reqemsal, ne de peykde yayımlanır.

 

“Eger problem bizim terefimizden olsaydı, yerde qalan diger telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bize siqnalı daxil olmur. Siqnal bize daxil olmalıdır ki, biz onu hem reqemsala, hem peyke vere bilek. Diger telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu meseleye aydınlıq getirsin”, - deye baş direktor qeyd edib. 


Oxunub 16 defe