Xəbərlər ::

İQTİSADİYYAT :: “Milan Expo 2015”-de Azerbaycanın biznes imkanlarının teqdimatı oldu

28-08-2015 06:07

Avqustun 25-de İtaliyanın Milan şeherinde Azerbaycanda İxracın ve İnvestisiyaların Teşviqi Fondunun (AZPROMO) ve İtaliya-Azerbaycan Ticaret İnstitutunun (İTAZERCOM) birge teşkilatçılığı ile “Milan Expo 2015” Ümumdünya sergisi çerçivesinde Azerbaycanın ölke teqdimatı: “Azerbaycana investisiya yatırın: biznes mühiti ve imkanları” mövzusunda tedbir keçirilib.

 

İqtisadiyyat ve Senaye Nazirliyinin metbuat xidmetinden APA-ya verilen xebere göre, İtaliya-Azerbaycan Ticaret İnstitutunun (İTAZERCOM) rehberi Manuela Traldi Azerbaycanın İtaliyanın esas xarici ticaret terefdaşlarından olduğunu, Azerbaycan iqtisadiyyatının müxtelif sahelerinde iri layihelerin reallaşdırıldığını ve bele layihelerin heyata keçirilmesinde İtaliya şirketlerinin de iştirak etdiyini bildirib, iqtisadi elaqelerin genişlendirilmesinde sergilerin, işgüzar görüşlerin ve s. tedbirlerin ehemiyyetini qeyd edib. Azerbaycanda İxracın ve İnvestisiyaların Teşviqi Fondunun (AZPROMO) rehberi  Rüfet  Memmedov Azerbaycanın investisiya mühiti ve biznes imkanlarına dair teqdimatla çıxış etmişdir. Rüfet Memmedov iştirakçılara Azerbaycan iqtisadiyyatı, ölkemizin İtaliya ile ticaret-iqtisadi elaqelerine dair melumat verib. Qeyd edilib ki, ölkemizde uğurla heyata keçirilen sosial-iqtisadi siyaset neticesinde davamlı iqtisadi inkişafa nail olunub, elverişli biznes ve investisiya mühiti yaradılıb. Azerbaycanın dayanıqlı iqtisadi inkişafı ve artan maliyye imkanları ölkemizi xarici investora çevirib.

 

Tedbirde Azerbaycan İnvestisiya Şirketinin ve Sumqayıt Kimya Senaye Parkının fealiyyetine, hemçinin Balaxanı Senaye Parkına dair teqdimatlar keçirilib.

 

Tedbir iştirakçıları “Milan Expo 2015” Ümumdünya sergisinde Azerbaycan pavilyonu ile tanış olublar.   

 

Qeyd edek ki, “Milan Expo 2015” Ümumdünya sergisinde Azerbaycan pavilyonunun yaradılması layihesi Heyder Eliyev Fondunun desteyi ile heyata keçirilir. Sergi oktyabrın 31-dek davam edecek.


Oxunub 484 defe