Xəbərlər ::

HADİSƏ :: Bakıda güllelenerek öldürülen şexs şirket rehberi imiş

28-08-2015 16:00

Azerbaycan paytaxtında güllelenerek öldürülen şexsle bağlı maraqlı faktlar melum olub.

 

APA-nın elde etdiyi melumata göre, Nizami rayonu, Ezimzade küçesi 20 ünvanında tapançadan açılan ateş neticesinde qetle yetirilen Nadir İbrahimov “Butastone” şirketinin tesisçilerinden biri olub. Metbuatda defelerle adıçekilen şirketde baş veren özbaşınalıqlar barede melumatlar yayılıb.

 

Bele ki, hemin şirketde çalışan ve emek haqlarını ala bilmeyen fehlelerin bir neçe defe metbuatda şikayeti derc olunub. Bu problemlere sebeb kimi ise şirketin hemtesisçileri olan Namiq Esedovla Nadir İbrahimovun arasında olan konflikt gösterilib.

 

Metbuatda yayılan melumatlarda hemçinin qeyd olunur ki, N. İbrahimovun şeriki Namiq Esedov bir müddet evvel “Beynelxalq Bank işi” ile elaqedar tutulan ve daha sonra serbest buraxılan iş adamı Nizami Piriyevin qaynıdır. Namiq Esedov işinin öhdesinden gelmediyi üçün N. İbrahimovu baş direktor vezifesinden uzaqlaşdırıb ve selahiyyeti öz üzerime götürüb.

 

Qeyd edek ki, avqustun 28-de saat 01.00 radelerinde paytaxtın Nizami rayonu erazisinden Bakı şeher sakini Nadir İbrahimov gülle yarası ile xestexanaya getirilib ve orada ölüb.

 

Hadiseni münaqişe zemininde töreden hemyerlisi Rövşen Hesenov könüllü olaraq Nizami Rayon Polis İdaresinin 25-ci Polis Bölmesine gelerek istintaqa teslim olub, hadiseni törederken istifade etdiyi “Makarov” markalı tapançanı ve patron darağını tehvil verib.

 

Qetle yetirilen N. İbrahimov keçmiş polis işçisidir.


Oxunub 214 defe