Xəbərlər ::

HADİSƏ :: Birinci qrup elilin evi uçdu - UCARDA

16-03-2017 14:29

Ucar rayonunda birinci qrup elilin evi uçub. APA-nın yerli bürosunun xeberine göre, hadise rayonun Lek kendinde baş verib. Kend sakini her iki ayağını itirmiş ruhi xeste, 1968-ci il tevellüdlü Mikayıl  Abıl oğlu  Ehmedova mexsus bir mertebeli, iki otaqdan ibaret evin arxa divarı uçub.
 
Zererçekenin oğlu Elçin Ehmedov evin qezalı veziyyetde olduğunu görüb son zamanlar baba evine köçdüklerini deyib. Bu sebebden de hadise zamanı xesaret alan olmayıb.
Rayon İcra Hakimiyyetinin Lek kend inzibati erazi dairesi üzre nümayendesi  Efqan Rehimov hadise yerine baxış keçirib, mesele ile bağlı İH-ne melumat verdiyini bildirib.


Oxunub 87 defe