Xəbərlər ::

SOSİAL :: Dilçilik İnstitutunun direktoru: "İşimin başındayam”

28-08-2015 17:10

“Men hazırda institutun direktoru vezifesinde çalışıram ve adi günlerde olduğu kimi bu gün de iş başındayam”.

 

Bunu APA-ya Azerbaycan Milli Elmler Akademiyasının (AMEA) Nesimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu deyib. Onun sözlerine göre, bu il iyulun 24-de AMEA rehberliyinin serencamı ile Nesimi adına Dilçilik İnstitutunun direktoru teyin edilib ve hemin tarixden etibaren öhdesine düşen vezifeni yerine yetirmeye başlayıb: “Bu müddet erzinde ilk növbede İnstitutun strukturu, şöbelerin planları ile tanış olub, “Azerbaycan dilinin qloballaşma şeraitinde zamanın teleblerine uyğun istifadesine ve ölkede dilçiliyin inkişafına dair Dövlet Proqramı”nda nezerde tutulan işlerin yerine yetirilmesi ile bağlı institut emekdaşları ile söhbet aparıb, müvafiq sened ve materialları nezerden keçirmişik. Gösterilen müddetden bu güne kimi bütün iş günlerinde institutda olmuşam. Neşr olunan “Türkologiya” jurnalının emekdaşları, Qedim diller ve medeniyyetler, Terminologiya, Nezeri dilçilik, Tetbiqi dilçilik şöbelerinin monitorinq qrupunun rehberliyi ve elmi işçileri ile söhbetler aparıb, indiye kimi görülen işleri nezerden keçirerek gelecek planlar barede danışmışıq. Konkret bu il ilk defe olaraq institutun magistraturasına daxil olan magistrantların tehsili ile bağlı meseleleri müzakire etmişik”.

 

M. Nağısoylu elave edib ki, hazırda mezuniyyet dövrü olmasına baxmayaraq, institutun elmi işler üzre direktor müavini ve bir sıra emekdaşları öz işlerini davam etdirirler: “Hazırda institutun kollektivi payız mövsümüne hazırlıq işlerini davam etdirir ve qarşıda duran vezifeleri layiqince yerine yetirmeye qadirdir”.

 

Qeyd edek ki, Dilçilik İnstitutunun istefa veren direktoru, akademik Tofiq HacıyevAPA-ya açıqlamasında bildirmişdi ki, o, istefa barede erizesini geri götürenden sonra Möhsün Nağısoylu institutut rehberliyinden imtina edib. 

 


Oxunub 378 defe