Xəbərlər ::

HADİSƏ :: Mingeçevirde hekim döyüldü

28-08-2015 20:13

Mingeçevir şeherinde vefat eden insanın qardaşı hekime hücum ederek ona ağır beden xesaretleri yetirib. APA-nın yerli bürosunun xeberine göre, Mingeçevir şeher sakini, 1968-ci il tevellüdlü İlyasov Bilal İlyas oğlunun veziyyeti ürek xesteliyi ile elaqedar qefleten pisleşdiyi üçün onun yaxınları Mingeçevir şeher Tecili ve Texiresalınmaz Tibbi Yardım Stansiyasının hekimini eve devet edibler. Hekim xesteye ilkin tibbi yardım gösterse de, xeste dünyasını deyişib.

     

Merhumun qardaşı Fexreddin İlyasov hekim Mikayıl Eliyeve hücum ederek xestenin ölümünde onu günahlandırıb, hekimin baş ve beden nahiyesine yumruq zerbeleri endirib. Hekim esasen gözünden ağır xesaret alıb.

 

Merkezi şeher Xestexanasında tibbi yardım alan hekim hadise ile bağlı Mingeçevir şeher Polis Şöbesine erize ile müraciet edib. Faktla bağlı araşdırma aparılır.


Oxunub 277 defe