Xəbərlər ::

HADİSƏ :: Ağdamda iki VAZ toqquşdu: 4 yaralı

28-08-2015 22:50

APA-nın Qarabağ bürosunun xeberine göre, hadise Borsunlu-Hindarx yolunun Ağdam rayonu Alıbeyli kendi erazisinden keçen hissesinde qeyde alınıb.

 

Laçın rayonundan mecburi köçkün, 1967-ci il tevellüdlü Mövlanverdiyev Vidadi Mövlan oğlunun idare etdiyi VAZ 21099 markalı 20 BZ 626 nömre nişanlı avtomobille Ağdam rayon Quzanlı-1 qesebesinde meskunlaşan mecburi köçkün, 1966-cı il tevellüdlü Mirzeyev Şakir İsmayıl oğlunun idare etdiyi VAZ 2101 markalı, 66 BB 865 nömre nişanlı maşın toqquşub.

 

Neticede her iki avtomobilin sürücüsü ve V. Mövlanverdiyevin sernişinleri - heyat yoldaşı, 39 yaşlı Memmedova Şerafet Firiş qızı ve oğlu, 1999-cu il tevellüdlü Mövlanverdiyev Mövlanverdi Vidadi oğlu müxtelif beden xesaretleri ile Ağdam Merkezi Rayon Xestexanasına, oradan ise Berde MRX-ya çatdırılıblar. Her iki sürücünün veziyyeti hekimler terefinden ağır qiymetlendirilir. Hadiseye yüksek süretin sebeb olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 


Oxunub 325 defe