Xəbərlər ::

İDMAN :: Noyer millimizle oyunu buraxacaq

20-03-2017 22:05

 

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçme merhelesinde millimizle keçirilecek oyunu buraxacaq.

 

Qol.az-ın “Bild”e istinaden yaydığı xebere göre, tecrübeli qolkiper ayağından zede alıb. Bu sebebden “Bavariya”nın qapıçısı hem İngiltere ile yoldaşlıq matçında, hem de millimizle qarşılaşmada komandasına kömek ede bilmeyecek.

 

Almaniya millisine Mark-Andre ter Ştegen (“Barselona”) ve Bernd Leno ("Bayer")  kimi qapıçılar da devet alıb. Baş meşqçi Yoahim Lövün Kevin Trappı da milliye devet edeceyi bildirilir.

 

Qeyd edek ki, Azerbaycan – Almaniya oyunu martın 26-da Tofiq Behramov adına Respublika stadionunda keçirilecek.


Oxunub 13 defe