Xəbərlər ::

İDMAN :: Kriştianu Ronaldo yene birinci oldu

21-03-2017 03:52

Madrid “Real”ının ve Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “İlin en yaxşı futbolçusu-2016” mükafatına layiq görülüb.

 

APA-nın xeberine göre, bu barede Portuqaliya Futbol Federasiyası melumat verib.

 

Bu il K.Ronaldo 4-cü defe “Qızıl top”  mükafatını qazanıb, hemçinin 27 xeber agentliyinin nümayendeleri arasında aparılan sorğunun neticelerine göre Avropanın en yaxşı idmançısı seçilib. Öten il K.Ronaldo Madrid “Real”ı ile İspaniya, Portuqaliya yığması ile ise Avropa çempionatının qalibi olub.

 

Portuqaliya millisinin baş meşqçisi Fernando Santuş  “İlin en yaxşı meşqçisi”  mükafatı ile teltif olunub. Qaliblerinin mükafatlandırılma merasimi Eştoril şeherinde keçirilib.


Oxunub 55 defe