Xəbərlər ::

İDMAN :: Güleşçimiz dünya çempionatının qızıl medalını qazandı

28-08-2015 23:51

Bosniya ve Hersoqovinanın paytaxtı Sarayevo şeherinde yeniyetme güleşçilerin Dünya çempionatı davam edir. APA-nın Azerbaycan Güleş Federasiyasının saytına istinaden verdiyi melumata göre, avqustun 27-28-de yeniyetme qızlar mübarizeye qoşulub. Böyük meşqçi Hesret Memmedyarov ve meşqçi İsameddin Hüseynovun rehberliyi altında Zelfira Elekberli (38 kq), Ülker Babayeva (43 kq), Sebine Hemzelzade (49 kq), Leyla Qurbanova (52 kq) ve Şebnem Ehmedova (56 kq) ölkemizi temsil edir.

 

Çempionatın üçüncü gününde mübarize aparan qızlarımız 2 bürünc (Zelfira Elekberli (38 kq) ve Şebnem Ehmedova (56 kq)) medal qazanıb. Yarışların dördüncü gününde 40, 46, 52, 60 ve 70 kq çekide yeniyetme qızlar yarışıb. Azerbaycan yığması yalnız 52 kq çeki derecesinde temsil olunub. Güleşçimiz Leyla Qurbanova qızıl medal qazanıb.

 

52 kq-da mübarize aparan güleşçimiz Leyla Qurbanova bütün reqiblerini üsteleyek finala yükselib. Finala qeder temsilçimiz ABŞ, Yaponiya, Polşa ve Hindistan idmançılarını mübarizeden kenarlaşdırıb. Finalda Leyla Rusiyadan olan reqibine de temiz qelebe ile qalib gelerek Dünya çempionatının qızıl medalına yiyelenib.

 

Melumat üçün bildirek ki, bir neçe gün önce genclerin Dünya çempionatında 51 kq çeki derecesinde yarışlarda iştirak eden Leyla Qurbanova bütün reqiblerinden üstün olub ve gencler arasında Dünya çempionu adını qazanıb.

 

Xatırladaq ki, Dünya çempionatının ilk iki gününde mübarize aparan yeniyetme yunan-Roma güleşçileri yarışı 3 bürünc (Fail İsgenderov (42 kq), Xancavad Mecidzade (50 kq), Ülvi Qenizade (69 kq) medalla başa vurub.  


Oxunub 496 defe