Xəbərlər ::

MƏDƏNİYYƏT :: Parisde “Azerbaycan şeherciyi” teşkil edildi

29-08-2015 22:24

Avqustun 29-da Heyder Eliyev Fondu terefinden Parisin meşhur Luvr Muzeyinin qarşısındakı Pale Royal meydanında “Azerbaycan şeherciyi” teşkil olunub. Fonddan APA-ya verilen melumata göre, “Azerbaycan Parisin üreyinde” adlanan şeherciyin teşkilinden meqsed xalqımızın tarixini, adet-enenelerini ve medeniyyetini teşviq etmekdir. Şehercik sentyabrın 9-dek fealiyyet gösterecek.

 

Şehercikde Azerbaycanın xalçaçılıq, dulusçuluq ve diger senetkarlıq memulatlarının, milli geyim ve musiqi aletlerimizin yer aldığı sergi teşkil edilib. Ölkemizi temsil eden ustalar mis qab, şebeke, xalça ve diger senet nümuneleri hazırlayaraq Azerbaycanın qedim ve zengin senetkarlıq enenelerini, onların inceliklerini izleyicilere teqdim edibler. Milli metbeximizi nümayiş etdiren köşklerde qonaqlar Azerbaycan şerablarını, içkileri, meyve şirelerini, elece de müxtelif növ şirniyyatları, meyve qurularını, leziz xörekleri dadıb ve şehercikle bağlı xoş teessüratlarını bölüşübler.

 

Şehercikde, hemçinin Fransada yaşayan meşhur azerbaycanlı ve Azerbaycanda yaşayan fransızların eserlerinden ibaret fotosergi teşkil olunub. “Azerbaycanlılar ve fransızlar: tanışlıq tarixi” adlı bu sergi xalqlarımızın ve ölkelerimizin heyatını terennüm edir. Pale Royal meydanında konsert proqramları teşkil etmek üçün sehne de quraşdırılıb. Konsertlerde Azerbaycan musiqisi ve reqsleri teqdim olunur.

 

“Azerbaycan şeherciyi” ile beraber, Parisin 1–ci rayonunun Meriyasının inzibati binasında meşhur fotoqraf Reza Deqatinin “Azerbaycan-tolerantlıq diyarı” adlı foto-sergisi de açılıb. Sentyabrın 3-de her iki tedbirin resmi açılış merasimi olacaq.

 

Xatırladaq ki, Heyder Eliyev Fondu terefinden “Azerbaycan şeherciyi” Parisde ilk defe 2014-cü il sentyabrın 19-dan 28-dek San Sülpis meydanında teşkil edilmişdi. Bu layihe izleyicilerde böyük maraq doğurmuşdu. Bu marağı nezere alan Heyder Eliyev Fondu Parisin daha bir meşhur mekanında - Pale Royal meydanında ölkemizin tarixini, milli menevi deyerlerini, turizm imkanlarını terennüm eden növbeti bele bir şeherciyi teşkil edib.


Oxunub 459 defe